QAHİRƏ KİNOFESTİVALI BAŞA ÇATMIŞDIR
Azərbaycanın bu ölkədəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, festivalda 46 dövlətin 140 filmi nümayiş etdirilmişdir. Azərbaycan kinorejissor Nicat Feyzullayevin “Küçələrə su səpmişəm” filmi ilə təmsil olunmuşdu. Film Qahirənin möhtəşəm “Kosmos” kinoteatrında və “Qahirə Opera evi”ndə nümayiş etdirilmişdir.
Filmin nümayişindən sonra yerli və xarici jurnalistlərin və kinotənqidçilərin iştirakı ilə geniş mətbuat konfransı keçirilmişdir. Nicat Feyzullayev filmdə cərəyan edən hadisələr və ümumilikdə Azərbaycanla bağlı konfrans iştirakçılarını maraqlandıran çoxsaylı suallara cavab vermişdir.
“Küçələrə su səpmişəm” filminin nümayişi dekabrın 14-dək davam edəcəkdir.