“Qalatasaray”ın keçmiş fransız futbolçusu: Türkiyədə özümü vətənimdə olduğundan daha təhlükəsiz hiss edirəm
Ankara, 16 aprel, AZƏRTAC
Türkiyənin “Qalatasaray” futbol klubunun fransalı keçmiş qapıçısı Sedrik Karrasso Türkiyədə özünü Fransadan daha təhlükəsiz hiss etdiyini etiraf edib.
AZƏRTAC xəbər verir ki, Fransa millisində də çıxış etmiş “Bordo” və “Qalatasaray”ın sabiq qapıçısı Türkiyə ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb.
Onun sözlərinə görə, Türkiyədə futbol yarışlarının təşkili və klubların bazası çox yüksək səviyyədədir. Bunun bariz nümunəsi “Qalatasaray” komandasıdır.
O əlavə edib: “İstanbul klubunda cəmi bir il – 2017-2018 mövsümündə oynadım, lakin bu, Türkiyənin reallıqlarını başa düşmək üçün kifayət idi”.
Futbolçu Fransada Türkiyəyə qarşı qərəzli mövqeyin olduğunu da qeyd edib. “Bu məsələdə medianın nə dərəcədə günahkar olduğunu bilmirəm. Bununla belə, əminliklə deyə bilərəm ki, Türkiyə qeyri-adi ölkədir, İstanbul isə əsrarəngiz şəhərdir. Türkiyədə özümü Fransadan daha təhlükəsiz hiss edirəm. Zaman keçdikcə, onların Türkiyə haqqında iddialarına inanmayanda, haqlı olduğumu anladım”, - deyə qapıçı əlavə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]