“QANIN, QAN KOMPONENTLƏRİNİN DONORLUĞU VƏ QAN XİDMƏTİNİN İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMI” TƏSDİQLƏNMİŞDİR
Proqramın müddəalarına görə, bu dövr ərzində B.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunda Mərkəzi qan bankının, donorların vahid registrinin, qanın və onun komponentlərinin keyfiyyətinə nəzarət laboratoriyalarının yaradılması, qan xidməti müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, qanın və onun komponentlərinin vahid standartlarının təsdiq edilməsi, bütün təşkilat və idarələrdə hər il Donor günü keçirilməsi nəzərdə tutulur.
İnkişaf etmiş ölkələrdə hər min nəfərə 40-45 donor düşür, Azərbaycanda isə bu rəqəm 3-ə bərabərdir.