Qanlı Yanvar həqiqətləri Polşa ictimaiyyətinə fərqli üsulla çatdırılıb
Bakı, 20 yanvar, AZƏRTAC
Varşava universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə 20 Yanvar faciəsi haqqında həqiqətlər Polşa ictimaiyyətinə daha fərqli üsulla çatdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tələbələr Nail Əhməd, Rəsul Məmmədov, Məhərrəm Qarayev və Kamil Babayev faciəni əks etdirən kiçik bukletləri qərənfillərlə birlikdə şəhər sakinlərinə paylayıblar.
Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən hazırlanmış bukletlərdə 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlər bərədə polyak dilində geniş məlumat əks olunub. Tələbələr də öz növbəsində şəhər sakinlərini sovet qoşunlarının Bakıya müdaxiləsi zamanı dinc əhaliyə qarşı törədilən qətliam və bu qanlı faciənin tarixi ilə bağlı məlumatlandırıblar. Bu hadisələrin Azərbaycan xalqının iradəsini qıra bilmədiyi, əksinə, xalqımızın öz istiqlaliyyəti uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğu diqqətə çatdırılıb.
Məlumatda qeyd edilir ki, bu təşəbbüs Varşavanın mərkəzində həyata keçirilib .
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]