Qar örtüyünün hündürlüyü Lerikdə 65 santimetrə çatmışdır
Bakı, 3 fevral (AZƏRTAC). Fevralın 2-si gün ərzində, fevralın 3-ü səhərədək ölkə ərazisində şaxtalı hava şəraiti davam etmiş, bəzi ərazilərdə az qar yağmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 2-də temperatur iqlim normasından 7 dərəcə aşağı olmuşdur. Bakıda və Abşeron yarımadasında minimal temperatur 7-9, aran rayonlarında 7-10, Kiçik Qafqazda 20 dərəcəyədək şaxta, Böyük Qafqazda 11-15, bəzi ərazilərdə 21 dərəcəyədək şaxta, Naxçıvan MR-da 11-17 dərəcə şaxta təşkil etmişdir.
Qar örtüyünün hündürlüyü Lerikdə 65, Lənkəranda 35, Astarada 32, Rvarudda 31, Yardımlıda 25, Altıağacda 23, Şəki, Daşkəsəndə 18, İsmayıllıda 17, Kəlvəzdə 16, Zaqatala, Qubada 15, Ağstafa, Göytəpə, Qəbələdə 13, Oğuzda 12, Tovuzda 10, Gədəbəydə 9, Gəncə, Ceyrançöldə 8, Xaçmazda 7, Xınalıqda 6, Tərtər, Şəmkir, Göygöldə 5, Göyçay, Mingəçevir, Ağdərədə (Ordubad) 4, Biləsuvarda 3, Şamaxı, Mərəzədə 2, Sumqayıtda 25, Bakıda 6, Maştağada 5 santimetrə çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]