Qar tufanı Kanadanın şərqində 67 mindən çox istehlakçını işıqsız qoyub
Bakı, 5 yanvar, AZƏRTAC
Qar tufanı Kanadanın Atlantik əyalətlərində 67 mindən çox istehlakçını işıqsız qoyub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kanadanın Yeni Şotlandiya əyalətində 62,2 min, Nyu-Brunsvik əyalətində 5 minədək istehlakçı işıqsız qalıb. Şahzadə Eduard adası, Nyufaundlend və Labrador əyalətlərində də elektrik xətlərində pozulmalar qeydə alınıb.
Milli Meteorologiya Bürosunun məlumatına görə, Kanadada qarın hündürlüyünün 25-40 santimetr olacağı gözlənilir ki, bu da yağıntı miqdarının aylıq normasına yaxındır. Hazırda küləyin sürəti saatda 80-110 kilometrdir. Regionda gəmi yolu ilə hərəkət dayandırılıb, məktəblər və bəzi müəssisələr bağlanılıb, aeroportlarda aviareyslər ləğv edilib. Əyalət orqanları əhaliyə avtomobillə uzaq məsafəyə çıxmamağı, evdə oturmağı məsləhət görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [21:45]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]