İDMAN
“Qarabağ” dünya çempionu olmuş futbolçunu transfer edib
Bakı, 3 sentyabr, AZƏRTAC
“Qarabağ” komandası növbəti transferini reallaşdırıb.
Ağdam təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşuk heyətə cəlb edilib. 24 yaşlı hücuma meyilli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
“Şaxtyor”un (Donetsk) yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü illər mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.09.2024 [13:52]
“Zirə” yeni transferini açıqlayıb
- 10.09.2024 [13:17]
NFL tarixində ən bahalı müqavilə imzalanıb
- 10.09.2024 [11:19]
Azərbaycan nümayəndə heyəti Astanada V Dünya Köçəri Oyunlarını izləyib
- 10.09.2024 [10:56]
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib
- 10.09.2024 [10:53]
Seçmə mərhələ: Azərbaycan millisi bu gün Serbiyanı qəbul edəcək
- 10.09.2024 [10:47]
Bu gün Ümumdünya Şahmat Olimpiadasına start veriləcək
- 10.09.2024 [08:33]