Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ ədəbi məclisləri

Qarabağ ədəbi məclisləri

Bakı, 9 fevral, AZƏRTAC

XIX əsrdə Qarabağda iki ədəbi məclis - “Məclisi-üns” və “Məclisi-fəramuşan” fəaliyyət göstərib. Bu məclis üzvlərinin əksəriyyəti mədrəsə və mollaxanalarda fars və ərəb dillərində təhsil almış savadlı şairlər idi. Məhz buna görə də onlar əsərlərini əsasən iki dildə - Azərbaycan və fars dillərində yazırdılar. Lakin özbək şairi Əlişir Nəvainin bu məclislərdə böyük həvəslə və maraqla öyrənilməsi nəticəsində Mirzə Həsən Yüzbaşov-Qarabaği, Abdulla bəy Asi və başqaları özbək dilində də gözəl qəzəllər yazıblar.

Bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor İslam Qəriblinin “XIX əsr Qarabağ ədəbi məclisləri” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

XIX əsrin ikinci yarısında təşkil edilən ədəbi məclislər içərisində həm iştirakçılarının sayına, həm də başqa ədəbi məclislərlə əlaqələrinə görə xüsusi yeri olan “Məclisi-üns” Şamaxı (“Beytüs-səfa”) və Lənkəran (“Fövcül-füsəha”) ədəbi məclislərinin qızğın fəaliyyət göstərdiyi bir zamanda Şuşa şəhərində təşkil edilib.

XIX əsrin 60-cı illərində Şuşada alim və müdərris kimi şöhrət qazanmış Mirzə Əbdülqasımın yanında təhsil alanların içərisində çoxlu şair və şeir həvəskarları var idi. Onlar dərs zamanı və yaxud məşğələdən sonra bir yerə toplaşıb ədəbi mübahisə və arifanə söhbətlər aparırdılar. Bu toplantılara getdikcə daha çox iştirakçı gəldiyi və müntəzəm şəkil aldığı üçün onu kənar yerdə və xüsusi təyin olunmuş bir vaxtda keçirmək zərurəti meydana gəldi. Belə yer ilk dəfə şair Hacı Abbas Agəhin mənzilinin üst mərtəbəsi seçilir. Mirzə Rəhim Fəna yazır ki, mən belə bir yer üçün Hacı Abbas Agəhə müraciət etdim. O da evini nişan verdi.

1864-cü ildən etibarən Agəhin evinə toplaşan gənclər şeirdən, ədəbiyyatdan söz açar, tarix və musiqi haqqında mübahisə və müzakirələr keçirərdilər. Bu kiçik məclisə toplaşan və şeirə, sənətə xüsusi maraq göstərən Fəna, Agəh, Novrəs, Məmai və başqaları özləri də şeirlər yazır, yazdıqlarını oxuyub bir-birinin rəylərini öyrənirdilər.

1864-cü ildən 1872-ci ilə kimi adsız fəaliyyət göstərən və üzvlərinin sayı az olan məclis 1872-ci ildən Xurşidbanu Natəvanın təklifi ilə Agəhin mənzilindən onun sarayına keçərək fəaliyyətini orada davam etdirməyə başlayır.

Az bir müddətdə orada iştirak edənlərin sayı da çoxalır. Əksər vaxt Mirzə Rəhim Fənanın yanında olan İsgəndər bəy Rüstəmbəyov, Xudadat bəy, Natəvanın böyük oğlu gənc Mehdiqulu xan Vəfa və başqaları tez-tez məclisdə iştirak edirlər. O zaman Şuşanın ariflərindən hesab edilən Əbdülkərim bəy Haqverdiyev, Mehdi bəy Sarıcallı, Talıb bəy Vəzirov, Mirzə Kərim bəy Nəsirbəyov, Abbas bəy Pəri oğlu, Mirzə Həsən bəy Hacıyev və başqaları həmin məclisə gələr, öz şeirlərini oxuyardılar.

X.Natəvanın sarayına köçüb onun himayəsinə keçdikdən sonra məclisin toplanışları müntəzəm xarakter alır və məşğələlərində ciddilik yaranmağa başlayır. Klassik Şərq və Azərbaycan ədəbiyyatının öyrənilməsi, musiqi, hikmət, nücum, tarixə aid söhbətlər məşğələlərin əsas məzmununu təşkil edirdi. Məclisə toplaşanlar ona müəyyən ad qoymağı qərara alır və orada iştirak edənlərin dostluq və səmimi ünsiyyətlərinə müvafiq olaraq onu “Məclisi-üns” və ya “Məhfili-üns” (Ünsiyyət, dostluq məclisi) adlandırırlar.

“Məclisi-üns”ün fəaliyyəti müntəzəm şəkil aldıqca və üzvlərinin sayı çoxaldıqca onun sədası Şamaxı, Şəki, Bakı, Naxçıvan, Lənkəran, Gəncə və digər şəhərlərə yayılır. Şamaxıdan S.Əzim, M.A.Bixud, A.Zühuri, Şəkidən İ.Nakam, Bakıdan A.Müniri, Naxçıvandan M.T.Sidqi, Lənkərandan M.İ.Qasir, Şuşaya - “Məclisi-üns”ün adına məktub yazıb bu yeni ədəbi məclisi təqdir və təbrik edirlər.

Məclisin ilk üzvlərindən və təşkilatçılarından olan Mirzə Rəhim Fəna xatiratında “Məclisi-üns”ün doqquz nəfər üzvünün adını çəkmişdir. Lakin sonrakı tədqiqatlardan göründüyü kimi, məclisin əsas üzvləri aşağıdakılardan ibarət olmuşdur. Xurşidbanu Natəvan (1832-1897), Mirzə Rəhim Fəna (1841-1931), Mirzə Ələsgər Növrəs (1836-1912), Mirzə Həsən Yüzbaşov (1824-1904), Məmo bəy Məmai (1842-1918), Hacı Abbas Agəh (? -1892), Məhəmmədəli bəy Məxfi (1821-1892), İsmayıl bəy Daruğə (1842-1891), Məşədi Nəsir Lövhi (? -1891), Mirzə Sadıq Piran İmamxan oğlu (1811-1892), Hüseyn ağa Cavanşir (1856-?), Bəhram bəy Fədai, Mirzə Haqverdi Səfa (?-1881), Məhəmməd ağa Müştəri (1875-1956), Mahmud bəy Mahmud, Mirzə Cəfər Köhnəfüruş (1839-1903), Səməd bəy Səməd, İsgəndər bəy Rüstəmbəyov (1845-1918).

Zaman keçdikcə “Məclisi-üns”ə yeni-yeni şairlər gəlsə də, bunların, əlbəttə, hamısı eyni dərəcədə fəaliyyət göstərməyib. “Məclisi-üns” üzvlərinin tərtib etdikləri cünglərdə və digər əlyazmalarında olan müşairələrdən görünür ki, X.Natəvan, H.A.Agəh, M.Ə.Növrəs, M.H.Yuzbaşov, M. Məmai, Mirzə Sadıq Piran, M.H.Səfa, İ.Rüstəmbəyov məclisin əsas nümayəndələri olublar.

Məclis şairlərinin şeirlərində “kibr, riya və qürurdan uzaq” dostluq, sədaqət, alicənablıq və humanizm ruhunda ünsiyyət etmək səciyyəvi xüsusiyyət olub.

“Məclisi-üns”də “Məclisi-fəramuşan”ın üzvlərindən də iştirak edəni olurdu. “Məclisi-üns”də qayda-qanuna, ədəb-ərkana, nizam-intizama ciddi riayət olunmasına xüsusi diqqət yetirilirdi.

Bütün bunlar göstərir ki, Şuşada hər iki məclisin qabaqcıl üzvləri sənətkar, gözüaçıq qadınlara yüksək qiymət veriblər. Heç də təsadüfi deyil ki, məhz qabaqcıl fikirli məclis üzvlərinin yaxından köməyi sayəsində Şuşada olan hər iki məclisdə X.Natəvan və F.Kəminə kimi şairələr yaxından iştirak edib və bütün Azərbaycan şairləri arasında xüsusi hörmət qazanıblar.

“Məclisi-üns”ün rəhbərliyinin Natəvanın ixtiyarına keçməsi onun iştirakçılarının sayının artmasına səbəb olduğu kimi, şairənin məclisi vaxtlı-vaxtında maddi cəhətdən təmin etməsi, müşairələrdə iştirakı həm məclisin, həm də şairənin nüfuzunu daha da artırmışdı. Şairlərin əsərlərindən belə qənaətə gəlmək olur ki, onlar Natəvanın rəsmlərinə şeirlər yazdıqları kimi, aşiqanə qəzəllərinin bir hissəsini üstüörtülü olsa da, bu gözəl qadına həsr etmişlər.

Bununla yanaşı,“Məclisi-üns” yalnız şairlərin deyil, Şuşa xanəndələrinin də çox sevdikləri yer idi. Hacı Hüsü, Məşədi İsi, Kaştazlı Haşım və başqa xanəndələr “Məclisi-fəramuşan”la yanaşı, onun da yığıncaqlarında iştirak ediblər. Şuşalı Ağamirov Həsən Mirhaşım oğlunun xatiratından məlum olur ki, adları yuxarıda qeyd olunan xanəndələrdən əlavə Molla Vəli, Molla Abbasqulu, Məşədi Dadaş, Hacı Məmməd Alı oğlu, Muxtar Kərbəlayi Məmməd oğlu, Məhəmməd Qaryağdı oğlu, tarzən Sadıqcan kimi sənətkarlar da “Məclisi-üns”ə çox yaxın olublar.

1890-cı illərin əvvəllərindən Natəvanın həyatında baş vermiş bir sıra kədərli hadisələrdən sonra (oğlu Mirabbasın və əri Seyid Hüseynin ölümü, böyük oğlunun Şuşanı tərk edib Rusiyaya getməsi və s.) “Məclisi-üns” əvvəllər olduğu kimi qızğın fəaliyyət göstərmirdi. Burada şeir-sənət, musiqi ətrafında qızğın mübahisə və müşairələr əvəzinə X.Natəvanın xəstəliyi ilə əlaqədar söhbətlər gedir, ona şeirlər həsr edilərək tezliklə sağalması arzulanırdı. 1891-ci ildən Nəvvabın “Məclisi-üns”ün üzvlərinə bir neçə mənzum məktubu və onların suallarına verdiyi cavabı nəzərə alınmazsa, onun başqa məclislərlə əlaqəsi də kəsilmişdi.

“Məclisi-üns”ün fəaliyyəti 1897-ci ilədək - X.Natəvanın vəfatına qədər davam edib. Onun üzvləri artıq “şeir bazarının güllərinin solduğunu”, “bülbüllərin susduğunu”, “dostluq məclisi başçısının aralarından getdiyini” - məclisin dağıldığını təəssüflə qələmə alıblar.

1872-ci ildə “Məclisi-üns”də təmsil olunmayan Qarabağ şairləri Şuşada “Məclisi-fəramuşan” (“fəramuş olanlar” - unudulanlar) adlı ədəbi məclis yaratmağı qərara aldılar. Beləliklə, Abdulla bəy Asi, Əbülhəsən Şəhid, Mirzə Əbdül Şahin, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği və qeyriləri Mir Möhsün Nəvvabın hücrəsinə toplaşıb onun rəhbərliyi altında fəaliyyətə başladılar.

“Məclisi-üns”ün təşkilatçılarından biri olan M.R.Fəna xatiratında “Məclisi-fəramuşan”ın fəaliyyəti haqqında yazır: “Məclisi-üns”ə müqabil məscid hövzəsində bir məclisi-şüəra dəxi tərtib tapdı. Nəvvab Mir Möhsün ağa, Həsənəli xan Qaradaği, Məşədi Əyyub Baki məclisə daxil olmuş və son zamanlar şüəradan Ağa Mirzə Cəlal, Səməd bəy, Bəhram bəy Fədai Vəzirov, Mirzə Əbdül Şahin, Həsən Qara Hadi, Mirzə İbrahim Tahir, Mirzə Fatı xanım Kəminə də məclisdə iştirak etməyə başlamışlar”.

“Danişməndani-Azərbaycan” təzkirəsində Məhəmmədli Tərbiyət S.Ə.Şirvanidən bəhs edərkən “Beytüs-səfa” ilə yanaşı, “Məclisi-fəramuşan”ın adını çəkmiş, bu məclislər arasında məktublaşma olduğunu göstərmişdir.

Mənbələrdə başqa məclislər kimi “Məclisi-fəramuşan”ın da bütün üzvlərinin adlarına təsadüf edilmir. Onun iştirakçılarını ancaq Şuşa şairlərinin şeirlərindən, onların digər şəhərlərdəki şairlərlə olan məktublaşmalarından və başqa qeydlərdən müəyyən etmək mümkündür. Məsələn, Nəvvab farsca “Divan”ında qeyd etmişdi ki, Məşədi Cəfərqulu Kərbəlayi İbrahim oğlu, “Tarixi-Qarabağ”ın müəllifi Mirzə Camalın oğlu Mehdi bəy və Hacı Məşədi Əli oğlu da “Məclisi-fəramuşan”ın üzvü olublar. O, bu “Divan”da həmin şəxslərin vəfatı münasibətilə dediyi maddeyi-tarixlərin əvvəlində yazmışdır: “Fəramuşan”da Nəvvabın dostu olan şəxslərin maddeyi-tarixləri”. Bu qeyddən sonra Nəvvab şeirlərində Əbülbərəkat deyə adını çəkdiyi Məşədi Cəfərqulu Kərbalayi İbrahim oğlunun 1314 (1896), Mehdi bəy Mirzə Camal oğlunun 1305 (1887) və Hacı Əmir Məşədi Əli oğlunun 1305 (1887-ci ildə) vəfat etdikləri tarixi nəzmlə qeyd etmişdir.

Araşdırmalardan belə məlum olur ki, “Məclisi-fəramuşan”ın iştirakçıları əsasən aşağıdaklar olmuşlar: Mir Möhsün Nəvvab (1833-1919), Abdulla bəy Asi (1841- 1874), Həsənəli xan Qaradaği (1847-1929), Mirzə Əbdül Şahin (1849-1900), Məşədi Əyyub Baki (1866-1909), Fatma xanım Kəminə (1840-1898), Abdulla bəy Abış, Baxış bəy Səbur (1863-1931) və qardaşı Bəhram bəy Fədai, Mirzə Muxtar (1866-1912), Məşədi Məhəmməd Bülbül (1863-1918), Molla Xəlil Şaki, Mirzə Məhəmməd Katib (1833-1889), Həsən Qara Hadi (1826-1900), Xarrat Qulu Yusifi (1823-1883), Mirzə Hüseyn Salar (?-1876), Mirzə İsmayıl Məhzun (1821-1894), Nazim, Mirzə Əli Aşiq (1846-1894), Müznib, Sabit, İbrahim bəy Azər (1836-1885), Məşədi Cəfərqulu (?-1896), Mehdi bəy (?-1887), Hacı Əmir (?-1887), Kərbəlayi Ələkbər Safi, Mirzə Sadıq Lətif oğlu Hicri (təbib), Mirzə Sadıq İmanxan oğlu (xanəndə), Piran (1811-1892), Məşədi İsi, Hacı Hüsü, Sadıqcan, Mirzə Ələsgər Növrəs, Nəvvabın müəllimi Molla Abbas (1831-1880), Mirhəsən Miriş (Nəvvabın oğlu, 1871-1948), Mirzə Əli Mühərrir, Sədi Sani (1854-1879).

“Məclisi-fəramuşan”ın adı haqqında M.M.Nəvvab avtoqraf təzkirəsində belə yazıb: “Fəramuşan” şairlərin və zəriflərin toplandığı Nəvvabın mənzilinin adıdır”.

Buradan görünür ki, məclisin yığıncaqları əksər vaxt M.M.Nəvvabın mənzilində keçirilib. Həm də “zəriflərin toplandığı” qeydindən aydın olur ki, orada şairlərlə yanaşı, Şuşanın incə zövqlü arif şəxsləri də iştirak edərmiş. M.M.Nəvvabın və məclisin digər üzvlərinin şeirlərində rast gəldiyimiz adlardan məlum olur ki, belə şəxslər əsasən musiqiçi və xanəndələrdən ibarət olmuşdur.

M.M.Nəvvab məclisin məşğələ günlərini qabaqcadan müəyyənləşdirər, onun üzvlərinə məktub göndərib yığıncağa dəvət edərdi.

Əvvəllər “Məclisi-üns” ilə “Məclisi-fəramuşan” arasında sərinlik olsa da, bu münasibət sonralar aradan qalxıb və səmimi dostluq əlaqəsi yaranıb. Hətta məclis üzvləri bir-birinə qonaq gedib, yığıncaq və müşairələrdə iştirak ediblər. “Məclisi-üns”ün üzvlərindən Bəhram bəy Fədai, Mirzə Ələsgər Növrəs, Mirzə Cəfər “Məclisi-fəramuşan”ın yaxın iştirakçıları olmuşlar. M.M.Nəvvab həmişə X.Natəvanın hal-əhvalını soruşmuş, hətta onun “səsi-sədası” gəlməyəndə xüsusi məktub yazıb səbəbini xəbər almışdır. Başqa şəhərlərdən gələn məktublar, müzakirəyə ehtiyacı olan məsələlər hər iki məclisin müzakirəsindən keçər və birgə nəticəyə gələrdilər.

“Məclisi-fəramuşan”da şairlər müşairə zamanı deyilən qəzəli onun bəhr və təqtisinə müvafiq olaraq oxuyar və həmin ahənglə ayaqlarını yerə vurub ona uyğun səs çıxarardılar.

Məclisin özəl xüsusiyyətlərindən biri burada şairlərlə yanaşı, musiqiçilərin də yaxından iştirak etməsi idi. Burada məclisin rəhbəri, Şərq musiqisi və onun tarixini gözəl bilən M.M.Nəvvab, bir çox məşhur Qarabağ xanəndələrinin müəllimi olmuş Xarrat Qulu Yusifi, Sadıqcan, Hacı Hüsü, Məşədi İsi kimi xanəndələr, tarzənlər iştirak edirdilər. Nəvvab musiqiyə dair “Vüzuhül-ərqam” əsərini məclisin fəaliyyəti dövründə yazmışdır. Şərq aləmində ilk dəfə tarın simlərini və pərdələrini təkmilləşdirən Sadıqcana və başqa xanəndələrə X.Q.Yusifinin və M.M.Nəvvabın böyük təsiri olub. Şuşa ədəbi məclislərinin hər ikisində iştirak edən Məşədi İsi, Hacı Hüsü və başqaları musiqi sənətini məhz onlardan öyrənmişdilər.

“Məclisi-fəramuşan”ın nəzdində M.M.Nəvvab və Hacı Hüsünün rəhbərliyi altında “Xanəndələr məclisi” adlı bir musiqi məclisi də fəaliyyət göstərirdi. Məşədi İsi, Keştazlı Haşım, Hacı Hüsü, İslam Abdullayev, Mirzə Muxtar, Malıbəyli Həmid və digər xanəndələr həmin məclisin üzvü olublar.

Başqa ədəbi məclislərdə olduğu kimi, “Məclisi-fəramuşan” üzvləri də ancaq klassik üslubda, əruz vəznində yazmaqla məhdudlaşmayıb, heca vəznində də gözəl şeirlər yaradıblar. “Məclisi-üns”ün üzvü olmasına baxmayaraq, “Məclisi-fəramuşan”la əlaqəsini kəsməyən M.Ə.Növrəslə M.M.Nəvvabın bir-birinə yazdıqları mənzum məktubların bir neçəsi heca vəznindədir.

“Məclisi-fəramuşan” şairlərinin əksəriyyəti M.M.Nəvvabın təsiri ilə yazıb. Odur ki, onların bir çoxunun şeirlərində həm ilahi, həm də dünyəvi eşqin tərənnümü kimi cəhətlər özünü göstərməkdədir. Bu şairlərin şeirlərində zəmanədən narazılıq, din xadimlərinin tənqidi kimi ictimai motivlərə rast gəlinsə də, bu, onların yaradıcılığı üçün o qədər də xarakterik olmamışdır. Onlar şəriət ehkamlarını təhrif edən, dilində dua, qəlbində riya gəzdirən, din pərdəsi altında hər cür fırıldaq işlədən ruhaniləri tənqid edirdilər. Bu cəhət onların dindar olduqları, şəriəti, onun ehkamlarının düzgün həyata keçirilməsi tərəfdarı olmalarından irəli gəlirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Builki Mədəniyyətlərarası Dialoq Forumu daha geniş proqrama malikdir

Süni intellekt modellərində milli dəyərlərin gələcək nəsillərə ötürülməsi yolları təklif edilib

Nazir müavini: İşəgötürənlərə tövsiyə edirəm ki, işaxtaranlara daha diqqətlə yanaşsınlar

Sədr müavini: Məzhəblərarası münasibətlər kontekstində Azərbaycan İslam dünyasında nadir ölkələrdəndir

Azərbaycanda dövlət zəmanətli borcun 58 faizi ABŞ dollarındadır

Nicat Məmmədli: Süni intellekt gələcək nəslin dəyərlərinin formalaşmasına təsir göstərir

Səhiyyə sistemindəki son dəyişikliklər koordinasiyalı idarəçiliyə doğru yeni mərhələnin başlanğıcıdır

Komitə rəsmisi: Dinlərarası dialoqa ortaq gələcək naminə yol xəritəsi kimi yanaşırıq

Gündüz İsmayılov: Tarixi, dini və mənəvi zənginlik Azərbaycanın dinlərarası dialoqda aparıcı mövqeyini gücləndirir

® Bu bank minimum 8.5%-lə kredit təklif edir

Azərbaycanda işləmiş almaniyalı funksioner: U-15 dünya çempionatı analoqu olmayan tədbirdir

UNEC Şanxay reytinqində dünya nəhənglərini iki mühüm göstərici üzrə geridə qoydu

Azərbaycan-Hindistan münasibətlərinin inkişafı qarşılıqlı maraqları praktik əməkdaşlığa çevirəcək RƏY

Azərbaycanda dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti 3,64 təşkil edib

Səudiyyə Ərəbistanının nümayəndəsi: Digər üzv dövlətləri də Məkkə Konvensiyasına qoşulmağa çağırırıq

Tokayev 2027-ci ilin Qazaxıstanda “Böyük Tikinti İli” elan olunmasını təklif edib

Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirilib

Yaponiya və ABŞ müdafiə nazirləri əməkdaşlığı artırmaq barədə razılığa gəliblər

Kimya İnstitutunun gənc alimləri məktəblilər üçün ustad dərsi keçiblər

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB

Xaçmaz şəhərində park yenilənir, yeni yaşıllıq zolaqları salınır

Azərbaycanda təhsil standartları yenilənir: vətəndaşlıq ayrıca səriştə olacaq

Şirvan suvarma kanalının yenidən qurulması işlərinin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur

Aksiyalarda dağıdıcı fəaliyyət göstərənlər vurduqları zərəri ödəyəcəklər

Dünyanın istehlak malları və ərzaq məhsulları istehsalçıları gələn il qiymətlərin artacağı barədə xəbərdarlıq ediblər

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Çiliyə uduzub

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb

Məktəb və ailə əməkdaşlığına dair maarifləndirici tədbir təşkil edilib

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Aparat rəhbəri: 2060-cı ilədək olan iqlim hədəflərinin əsas istiqamətləri müəyyən edilib

Aydan Ramazanova: Heydər Əliyev Fondu beynəlxalq layihələrlə təhsilin əlçatanlığını və inklüzivliyi dəstəkləyir

Tarixçi-alim: Alban xristian abidələrində erməni memarlıq üslubu yoxdur

Multikulturalizm Azərbaycanda xalq həmrəyliyinin əsasını təşkil edən amillərdəndir – ŞƏRH

Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib

Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib

"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olunub

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir

“Cənub Qaz Dəhlizi”nin 2 milyard dollarlıq istiqrazları dövlət zəmanətli borcu kəskin azaldıb

Tarixçi alim: Azərbaycançılıq ideologiyasının əsasında dövlət bayrağımızın bütün rəngləri dayanır

Qazaxıstan Prezidenti: Yeni magistral Orta Dəhlizlə yükdaşıma marşrutunu 1000 kilometr qısaldacaq

Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar azalıb

“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub

“Neftçi”nin baş icraçı direktoru: Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik

Rusiyanın Baş prokuroru: İƏT-in korrupsiyaya qarşı mübarizə aparan qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq VİDEO

Rusiyanın Baş prokuroru: İƏT-in korrupsiyaya qarşı mübarizə aparan qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq VİDEO

ADA Universitetində rəqəmsal dövrdə təhsilin prioritetləri diqqət mərkəzində olacaq

Azərbaycanın dövlət borcu 23,8 milyard manatdır

Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb

Misir Yaxın Şərqdə gərginliyi azaltmaq üçün dördtərəfli koordinasiya mexanizmi təklif edib

Vətən müharibəsinin xronikası: 28 oktyabr

İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

Elnur Soltanov: 2 giqavat elektrik enerjisi istehsalı gücünün yaradılması 2 milyard dollar investisiyanın cəlb olunması deməkdir

Bişkekdə fərdi məlumatların qorunması üzrə beynəlxalq forum keçirilir

Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib

Çində duz yığımı mövsümündən maraqlı görüntülər – FOTOLAR

Maksim Medvedev: Uşaqlara dəstək olmalıyıq, onların əlindən telefonu, sosial şəbəkələri ala bilmərik

BMT Proqramının direktoru: Azərbaycanda olmaq böyük sevincdir

Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib

Qazaxıstanda 2027-ci ildə “Balxaş” AES-in tikintisinə başlamaq təklif olunub

Qətər nümayəndəsi: Məkkə Konvensiyası əməkdaşlığın gücləndirilməsi üçün mühüm mexanizmdir VİDEO

Qətər nümayəndəsi: Məkkə Konvensiyası əməkdaşlığın gücləndirilməsi üçün mühüm mexanizmdir VİDEO

Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh və tolerantlığın təşviqində mühüm platformadır- ŞƏRH

Paytaxtın Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb VİDEO

Pyerluici Kollina: Azərbaycanlı hakimlər dünya çempionatında əla iş görürlər

“Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək

Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik VİDEO

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik VİDEO

Azərbaycan təmsilçilərinin FIBA Avropa Kubokunda növbəti sınağı

Azərbaycanlı alimlər Qazaxıstandakı beynəlxalq konfransda çıxış ediblər

Vajiha Harris: Münaqişə bölgələrində qadınların yükü ikiqat ağırdır, onların ehtiyacları xüsusi diqqət tələb edir

Metan emissiyalarının azaldılması Azərbaycanın iqlim hədəflərinə nail olması baxımından mühüm əhəmiyyət daşıyır

Nazir müavini: Forumda 5 qitəni təmsil edən 44 ölkədən 100-dən çox gənc iştirak edir

İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib

Yevlaxda avtomobil aşıb, 2 nəfər ölüb VİDEO

Yevlaxda avtomobil aşıb, 2 nəfər ölüb VİDEO

Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir

Azərbaycanın millisinin baş məşqçisi: Əminəm ki, futbolçular U-15 dünya çempionatındakı anları uzun müddət xatırlayacaqlar

Fərhad Hacıyev: Gənclər dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, inkişafa təsir göstərmək gücünə malikdirlər

Aşqabadda Xəzər dənizi sahilyanı ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası keçirilir

FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub

Baş prokuror: Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır VİDEO

Baş prokuror: Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır VİDEO

BMT rəsmisi: Qadınların iqtisadi imkanları genişləndirilməli, təhsili layiqli iş imkanları ilə əlaqələndirilməlidir

Fransız professor: Mədəniyyətlərarası dialoq sülhün və fundamental insan hüquqlarının təşviqinə xidmət edir

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

Fərid Cəfərov: Müasir dünya gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş imkanlar yaradır

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

Üç ölkənin müdafiə nazirləri Qara dənizin təhlükəsizliyini müzakirə edəcəklər

Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır

Sunniya Durrani-Camalı: AİB regional yaşıl enerji əlaqələrinin qurulması istiqamətində iş aparır

Anais Dagrou: Qızların rəqəmsal imkanlara çıxışı genişləndirilməli, süni intellekt üzrə bilikləri artırılmalıdır

Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

Akademik Kamal Abdulla: “Öyrədərək öyrənirik” prinsipi təhsilin əsasını təşkil edir

BMT rəsmisi: Azərbaycan qızların təhsilinə və qadınların imkanlarının genişləndirilməsinə mühüm töhfə verir

Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib

BƏT: Dünyada təxminən 66,5 milyon ev işçisi qeyri-rəsmi şəkildə çalışır

BMT Baş katibinin müavini: Gənc nəsil müharibə deyil, sülh nəsli olmalıdır

Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir VİDEO

Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir VİDEO

Səməd Bəşirli: Dayanıqlı İnkişaf Məqsədləri milli inkişaf siyasətinin ayrılmaz hissəsinə çevrilib

Firudin Qurbanov: Təhsili zəif olan insanları yanlış istiqamətə yönəltmək daha asandır

Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir