“Qarabağ ev oyunlarını “Azersun Arena”da keçirmək üçün PFL-ə müraciət edib
Bakı, 16 aprel, AZƏRTAC
“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
PFL-dən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə “Azersun Arena”da təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümünün son ev oyunlarını həmin stadionda qəbul etmək istədiyi bildirilib.
“Qarabağ”ın müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan Peşəkar Futbol Liqası klubun istəyini müsbət qarşılayıb.
Beləliklə, XXXIII turun “Sumqayıt” ilə görüşündən etibarən (“Qarabağ” – “Sumqayıt”, 4 may saat 18:00) Ağdam təmsilçisi ev matçlarını “Azersun Arena”da keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]