“Qarabağ”-“Fiorentina” oyununu xorvatiyalı hakimlər briqadası idarə edəcək
Bakı, 6 dekabr, AZƏRTAC
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin VI turunun matçları çərçivəsində keçiriləcək “Qarabağ” - “Fiorentina” (İtaliya) oyununa hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, görüşü xorvatiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi İvan Bebek olacaq. Ona həmyerliləri Tomislav Petroviç və Miro Qrqiç kömək edəcəklər. Matçın köməkçi hakimləri Ante Vuçemiloviç-Şimunoviç və Qoran Qabrillodur. Dördüncü hakim funksiyasını isə Qoran Pataki yerinə yetirəcək.
Qarşılaşmanın UEFA nümayəndəsi Vasili Melniçuk (Ukrayna), hakim-inspektoru Maykl Zorattidir (Avstriya).
Qeyd edək ki, “Qarabağ”-“Fiorentina” oyunu dekabrın 8-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]