“Qarabağ” həndbol klubu “Gənclər Birliyi” komandasını məğlub edib
Bakı, 27 mart, AZƏRTAC
Qadın həndbolçuların Azərbaycan çempionatında 15-ci tura yekun vurulub.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, turun sonuncu oyununda “Gənclər Birliyi” ilə qarşılaşan “Qarabağ” 38:29 hesabı ilə qalib gəlib.
Turun ilk görüşündə “Azərsu” “İdman Akademiyası”nı 24:16, mərkəzi oyunda isə “Nur” “Azəryol”u 29:28 hesabı ilə məğlub edib.
Ölkə çempionatının 16-cı turu martın 30-da Mingəçevirdə start götürəcək. “Kür” Olimpiya İdman Mərkəzinin arenasında yerli “Nur” komandası “Azərsu”nu qəbul edəcək. “İdman Akademiyası”-“Gənclər Birliyi” və “Azəryol”-“Qarabağ” görüşləri isə aprelin ilk gününə təyin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]