“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk dəfə xal itirib
Bakı, 13 noyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi matçında turnir cədvəlinin lideri “Qarabağ” klubu ikinci pillədə qərarlaşan “Sabah”ın qonağı olub. Görüş qolsuz bərabərliklə başa çatıb. Bu, ardıcıl 13 oyundur ki, qalib gələn "Qarabağ"ın mövsümdə ilk xal itkisi olub.
Turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Sumqayıt”a 4:2, “Zirə” “Səbail”ə 1:0, “Neftçi” “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib, “Kəpəz” isə evdə “Turan Tovuz”la qolsuz heç-heçəyə razılaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 40 xalla “Qarabağ” klubu başçılıq edir. “Sabah” 35 xalla ikinci, “Neftçi” 29 xalla üçüncü, “Zirə” 22 xalla dördüncü, “Qəbələ” isə 20 xalla beşinci pillədə qərarlaşıblar. “Turan Tovuz” (16 xal) altıncı, “Səbail” (10) yeddinci, “Şamaxı” (10) səkkizinci, “Kəpəz” (9) doqquzuncu, “Sumqayıt” (5) sonuncu - onuncudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:52]
Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram
- 05.06.2026 [17:37]
Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb
- 05.06.2026 [17:15]
Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək
- 05.06.2026 [16:35]
“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub
- 05.06.2026 [16:16]
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
- 05.06.2026 [15:21]