QARABAĞ MÜHARİBƏSİ ƏLİLİ YENİ MƏNZİLLƏ TƏMİN EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Culfa rayonunun Ərəzin kənd sakini, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında əlil olmuş Elbrus Həsənovun ailəsi ikiotaqlı mənzillə təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov veterana yeni mənzilin açarını təqdim etmiş, ailəyə firavan həyat, xoş günlər arzulamışdır.
Həsənovlar ailəsi göstərilən yüksək dövlət qayğısına görə ölkəmizin başçısına dərin minnətdarlıq etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda yenidən silaha sarılmağa hazır olduqlarını bildirmişlər.