Azərbaycan Dövlət İnformasiya Agentliyi

QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN YAŞAYIŞ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR

QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN YAŞAYIŞ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR

Martın 4-də Xanlar rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir.

Dövlət başçısının tapşırığı ilə tikilmiş ikimərtəbəli, dörd bloklu binada 8 ikiotaqlı, 8 üçotaqlı mənzil vardır.

Prezident İlham Əliyev mənzillərin orderlərini sahiblərinə təqdim etdi.

Şəhid ailəsinin üzvü, hərbçi ESMİRAL İSMAYILOVA dövlətimizin başçısına təşəkkür edərək dedi:

- Cənab Prezident, Sizi buradakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri adından salamlayıram. 1988-ci ildən 1994-cü ilə qədər Azərbaycan çox ağrılı, acılı günlərini yaşadı. Bu, bizim də həyatımızdan yan keçmədi. Mənim həyat yoldaşım İsmayıl Zəlimxan oğlu İsmayılov Qarabağ uğrunda gedən döyüşlərdə şəhid oldu. Hazırda mənim iki övladım var. Onlardan biri Azərbaycan ordusunun hava hücumundan müdafiə qüvvələrində xidmət edir. Mən özüm də hərbçiyəm. 15 ildir Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirəm və öz şərəfli peşəmdən qürur duyuram.

Cənab Prezident, Sizin hərtərəfli qayğınızla əhatə olunmuşuq. Ona görə də şəhid ailəsi olmağımızı nə uşaqlarım, nə də mən hiss etməmişik. Sizə dərin minnətdarlığımızı bildiririk. Siz çıxışlarınızda tez-tez vurğulayırsınız ki, Azərbaycan nəyin bahasına olursa-olsun torpaqlarını erməni işğalçılarından azad edəcəkdir. Bəli, indi bizim güclü, nizami ordumuz var. Biz ümidvarıq ki, torpaqlarımız erməni işğalçılarından azad olunacaq və o gün uzaqda deyildir. Bizim ordumuz, Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini qorumağa qadirdir. Belə güclü ordumuz olduğuna, həmişə hərbçilərə kömək etdiyinizə görə Sizə hərbçilər adından minnətdarlığımı bildirirəm. Bizə göstərdiyiniz diqqətə görə bütün şəhid ailələri və Qarabağ müharibəsi əlilləri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi üstümüzdən əskik etməsin. Ümidimiz, güman yerimiz, iman yerimiz Sizsiniz. Bizim yeganə Prezidentimiz sizsiniz. Cənab Prezident, Sizin alternativiniz yoxdur. Sağ olun.

Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi:

-Çox sağ olun. Sizi ürəkdən salamlayıram.

Siz qeyd etdiyiniz kimi, ordu quruculuğuna çox böyük diqqət göstərilir. Ordumuz güclənir, möhkəmlənir. Biz hərbçilərin sosial məsələlərinin həlli üçün də çalışırıq. Əlbəttə, indiki Azərbaycan ordusu bölgədə, Cənubi Qafqazda ən güclü ordudur. Biz buna böyük dərəcədə maddi-texniki bazanın möhkəmləndirilməsi və peşəkarlığın artırılması sayəsində nail ola bilmişik. Ancaq bu proses hələ davam edəcək və davam etməlidir. Biz müharibə şəraitində yaşayırıq, torpaqlarımız işğal altındadır. Ona görə təbiidir ki, biz, ilk növbədə, ordu quruculuğu ilə məşğul olmalıyıq. Azərbaycanın dövlət büdcəsində orduya ayrılan xərclər birinci yerdədir. Bu, belə də olmalıdır və ildən-ilə daha da artırılacaqdır. Ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə hazırdır.

Biz istəyirik ki, münaqişəni sülh yolu ilə həll edək. Biz istəmirik ki, müharibə olsun. Müharibə nə olduğunu siz hamıdan yaxşı bilirsiniz. Siz Vətən uğrunda, doğma ölkəmizin müstəqilliyi uğrunda yaxınlarınızı itirmisiniz, sağlamlığınızı itirmisiniz. Azərbaycanın müstəqilliyini qazanması da o ərəfəyə düşübdür. Hələ müstəqillik əldə etməzdən əvvəl biz münaqişədə idik və bizə qarşı təcavüz başlamışdı. İndi hamımız yaxşı xatırlayırıq, müstəqilliyimizin ilk illəri çox ağır keçibdir. Demək olar ki, Azərbaycanda o vaxt peşəkar, mütəşəkkil ordu yox idi, sadəcə olaraq, könüllülər, vətənpərvər insanlar doğma torpaqları müdafiə etmək üçün döyüşə göndərilmişdilər və müxtəlif amillərə görə Azərbaycan torpaqları işğal altına düşdü. Əlbəttə, Azərbaycanın o vaxtkı rəhbərliyinin bu işlərdə birbaşa günahları var. Beynəlxalq vəziyyət də başqa cür idi. Azərbaycan da zəif bir ölkə idi. Müstəqillik əldə edəndə bizim, demək olar ki, iqtisadi gücümüz yox idi, siyasi gücümüz yox idi. Azərbaycana o vaxt rəhbərlik edən insanlar Azərbaycan xalqının taleyini düşünmürdülər, özlərini düşünürdülər, başqa ölkələrin təsiri altında idilər. Müstəqil siyasət aparmaq iqtidarında deyildilər. Milləti, dövləti, xalqı yox, öz gələcəyini, öz rahatlığını düşünürdülər. Bu, 1991-ci ildə də belə idi. 1992-ci ildə də belə idi və 1993-cü ilin iyun ayına qədər də belə idi. Siz yaxşı bilirsiniz ki, bundan sonra, ulu öndər Heydər Əliyev rəhbərliyə gələndən sonra çox uğurlu hərbi əməliyyatlar aparılmış, torpaqlarımızın bir hissəsi qaytarılmışdır. Ancaq o vaxt Azərbaycanın hərbi gücü və iqtisadi gücü imkan vermirdi ki, müharibə davam etsin. Bu, reallıq idi. O vaxt müharibə dayanmalı idi ki, biz güc toplayaq, möhkəmlənək, güclənək və daha da güclü mövqedən çıxış edək. Elə də oldu. 1993-2003-cü illər inkişaf illəri oldu. Bu il, 2008-ci ildə biz artıq orduya 1 milyard 300 milyon dollar pul xərcləyirik. Gələcək illərdə daha da çox olacaqdır. Texnika, təyyarələr, silah-sursat alırıq, nə lazımdır edirik ki, torpaqlarımızı hərb yolu ilə azad edilməsinə hər an hazır olaq və biz də buna hazırıq. Sadəcə olaraq, danışıqlar prosesində müəyyən ümidlər olduğuna görə, biz hələ ki, bu prosesə sadiqik və çalışacağıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq bunu sülh yolu ilə o vaxt həll etmək mümkündür ki, biz güclü orduya malik olaq. Düşmən biləndə ki, - əslində, bilir, - Azərbaycan ordusu güclüdür, o vaxt danışıqlar prosesində də, necə deyərlər, özünü normal çərçivəyə sığışdıracaqdır.

Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bütün dünya birliyi bunu dəstəkləyir, beynəlxalq hüquq normaları bunu diktə edir. Beynəxalq hüquq normaları da hər bir ölkə üçün mütləq həqiqət olmalıdır. Baxmayaraq, Ermənistan hələ ki, bu normalara məhəl qoymur, amma vaxt gələcək, reallıqla və beynəlxalq hüquqla razılaşmalı olacaqdır. Ancaq yenə də deyirəm, istədiyimizə nail olmaq üçün, ədaləti bərpa etmək üçün təkcə danışıqlar kifayət deyildir. Bizim danışıqlara hazır olmağımız kifayət deyil, diplomatik səylər kifayət deyildir. Güc olmalıdır. Siz görürsünüz, dünyada nələr baş verir. Güc olan yerdə hər şey həll olunur. Əfsuslar olsun ki, bu, belədir. Biz bunu arzulamırdıq ki, bəzi hallarda dünyada beynəlxalq normalar pozulur, ədalətsiz qərarlar qəbul edilir. Əslində, bu qərarlar dünya nizamına da təsir göstərir. Ancaq güc həlledici amildir. Biz də bu gücü toplayırıq və toplayacağıq. Azərbaycanın inkişafı, iqtisadi islahatlar - bütün görülən işlər bu məqsədi güdür.

Mən sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, bu evdə yaxşı şəraitdə yaşayasınız. Siz buna layiqsiniz. Yenə də deyirəm, doğmalarınızı, sağlamlığınızı itirmisiniz. Əgər Azərbaycan dövləti sizin həyatınızı bir balaca yüngülləşdiribsə, mən hesab edirəm ki, bu, yaxşı haldır. Azərbaycan dövləti ona sədaqətlə xidmət etmiş insanlara qayğı göstərməyi davam etdirəcəkdir.

Bilirsiniz ki, sosial müavinətlər də artırılır və artırılacaqdır. Sizin sosial məsələləriniz həllini tapacaqdır. Xanlar rayonunda sizin kimi insanlar var, çoxdur. Hələ ki, 16 mənzil tikilib istifadəyə verilibdir. Gələcəkdə yeni evlər tikiləcək ki, sizin kimi insanların vəziyyətini yaxşılaşdıraq.

X X X

Sonra Prezident İlham Əliyev mənzillərlə tanış oldu. Dövlət başçısının adından hər bir mənzilə soyuducu və televizor hədiyyə olunmuşdur. Mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb, mebel dəstləri qoyulub, bina istilik sistemi ilə, qazla təchiz edilibdir. Yaxın vaxtlarda telefon xətləri də çəkiləcəkdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının şagirdləri Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

ABŞ-də B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub