QARABAĞ MÜHARİBƏSİ VƏ ÇERNOBIL ƏLİLLƏRİ KRIMDA MÜALİCƏDƏN QAYITMIŞLAR
Heydər Əliyev adına beynəlxalq hava limanında müalicədən qayıdan əlilləri nazirliyin məsul əməkdaşları qarşılamışlar. Əlillər müalicənin uğurlu olduğunu söyləyərək, sosial müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən respublikamızda müalicəsi hələlik mümkün olmayan şəxslərə ölkəmizin rəhbərliyinin qayğısını yüksək qiymətləndirmişlər. Birinci qrup əlil Araz Allahverdiyev demişdir:
- Mən 2-ci dəfədir ki, Krıma müalicəyə gedirəm. Bu qayğıya görə Azərbaycan Prezidentinə dərin minnətdarlığımı bildirirəm.
Telman Mansurov: Mən dövlətimizə, onun başçısı İlham Əliyevə öz səmimi təşəkkürümü bildirirəm. Bizə göstərilən qayğını yüksək dəyərləndirirəm. Müalicəmiz çox gözəl keçdi. 3-cü dəfədir ki, məni Krıma göndərirlər. Müalicənin çox gözəl səmərə verdiyini hiss edirəm.
Birinci qrup əlil Gülər Xanəliyeva: Müalicəmiz çox yaxşı keçdi. Əlillərə belə qayğı göstərdiyinə görə hörmətli Prezidentimizə öz təşəkkürümüzü bildirir, çox sağ olsun deyirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]