“Qarabağ”–“Neftçi” matçının biletləri satışa çıxarılıb
Bakı, 16 may, Nicat Məmmədov, AZƏRTAC
“Qarabağ” Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda “Neftçi” klubuna qarşı keçirəcəyi matçın biletlərini satışa çıxarıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5, mərkəzi sektorlar 10, VIP biletlər isə 20 manat təşkil edir.
Biletləri Iticket.az-dan və Ağdam təmsilçisinin “Park Bulvar”da yerləşən fan-şopundan almaq olar. Oyun günü isə biletlər yalnız görüşün gerçəkləşəcəyi “Azersun Arena”da satılacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, oyundan sonra “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş medallar təqdim olunacaq. Bürünc medalların sahibi isə “Zirə” - “Qəbələ” matçından sonra müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]