Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ şəhərlərinin Türk dünyasının qardaşlaşmış şəhərlər şəbəkəsinə inteqrasiyası əməkdaşlıqda yeni mərhələ olacaq MÜSAHİBƏ

Qarabağ şəhərlərinin Türk dünyasının qardaşlaşmış şəhərlər şəbəkəsinə inteqrasiyası əməkdaşlıqda yeni mərhələ olacaq MÜSAHİBƏ

Özbəkistan və Azərbaycan şəhər və regionlarının Birinci Forumunun keçirilməsi təklif olunur

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin inkişafı regionlararası əməkdaşlığa da yeni dinamika qazandırır. Qardaşlaşmış şəhərlər arasında əlaqələrin genişlənməsi, Qarabağın bərpasında Özbəkistanın fəal iştirakı və azad edilmiş şəhərlərin Türk dünyasının qardaşlaşmış şəhərlər şəbəkəsinə inteqrasiyası iki ölkə arasında tərəfdaşlığın yeni perspektivlərini formalaşdırır.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının üzvü, Özbəkistanın Qardaşlaşmış Şəhərlər Alyansının sədri Zakir Abidov AZƏRTAC-a müsahibəsində Azərbaycan–Özbəkistan arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.

- Azərbaycan və Özbəkistan arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Sizcə, qardaşlaşmış şəhərlər bu siyasi irsi konkret iqtisadi, texnoloji, təhsil, turizm və humanitar layihələrlə necə zənginləşdirə bilər? Qardaşlaşmış Şəhərlər Alyansının bu istiqamətdə hansı prioritetləri və təşəbbüsləri var?

- Özbəkistan və Azərbaycan arasında hazırda ondan çox şəhər və region arasında qardaşlaşmış şəhər münasibətləri qurulub. Bu əlaqələr dövlət başçılarımızın müəyyən etdiyi strateji müttəfiqlik münasibətlərinin regionlar və şəhərlər səviyyəsində konkret layihə və təşəbbüslərlə praktiki məzmun qazanmasının mühüm mexanizmidir.

Qardaşlaşmış şəhərlər arasında əməkdaşlıq ticarət-iqtisadi əlaqələrin inkişafına, investisiyaların cəlbinə, birgə sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə, mədəni-humanitar əməkdaşlığın genişlənməsinə, həmçinin elm, təhsil, turizm və akademik mübadilə sahələrində tərəfdaşlığın möhkəmlənməsinə birbaşa töhfə verir.

Birbaşa regionlar və şəhərlər arasında dialoq iqtisadi təşəbbüslərin operativ şəkildə həyata keçirilməsinə, biznes nümayəndələri, ali təhsil müəssisələri, elmi-tədqiqat mərkəzləri, mədəniyyət ocaqları və vətəndaş cəmiyyəti institutları arasında davamlı əlaqələrin qurulmasına imkan yaradır. Bir sözlə, qardaşlaşmış şəhərlər təkcə dostluğun rəmzi deyil, həm də praktik əməkdaşlığın səmərəli alətidir.

Beynəlxalq bələdiyyələrarası əlaqələrin inkişafında mühüm hadisələrdən biri Səmərqənddə təşkil olunan Birinci Beynəlxalq Qardaşlaşmış Şəhərlər Forumudur. Tədbirdə Azərbaycanın bələdiyyələrinin nümayəndə heyətinin, həmçinin müxtəlif ölkələrdən şəhər rəhbərlərinin, ekspertlərin, işgüzar dairələrin və ictimai təşkilatların təmsilçilərinin iştirakı gözlənilir.

Forum qabaqcıl təcrübənin mübadiləsi, ticarət-iqtisadi, investisiya, turizm, elm-təhsil və mədəni-humanitar əməkdaşlıq perspektivlərinin müzakirəsi, həmçinin şəhər və regionlar arasında yeni birbaşa əlaqələrin qurulması üçün nüfuzlu platformaya çevriləcək.

Tədbir çərçivəsində Xankəndi ilə Namanqan, eyni zamanda, Astara ilə Nukus şəhərləri arasında yeni qardaşlaşmış şəhər münasibətlərinin yaradılması məsələsinə baxılması təklif olunur. Bu təşəbbüslərin həyata keçirilməsi Özbəkistan və Azərbaycan arasında regionlararası əməkdaşlığın coğrafiyasını genişləndirəcək, iqtisadiyyat, sahibkarlıq, turizm, mədəniyyət, təhsil və innovasiya sahələrində birgə layihələrin reallaşdırılması üçün möhkəm zəmin yaradacaq.

Gələcəkdə Özbəkistan və Azərbaycan şəhər və regionlarının Birinci Forumunun keçirilməsi də təklif olunur. Hesab edilir ki, bu platforma regionlararası və bələdiyyələrarası əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək, yeni tərəfdaşlıqların qurulmasına və konkret birgə proqramların hazırlanmasına xidmət edəcək.

Heç şübhəsiz, qardaşlaşmış şəhərlər institutu bundan sonra da xalqlar diplomatiyasının ən səmərəli vasitələrindən biri olaraq qarşılıqlı etimadın möhkəmlənməsinə, xalqlarımızın daha da yaxınlaşmasına və Özbəkistanla Azərbaycan arasında strateji müttəfiqliyin konkret praktiki nəticələrlə zənginləşməsinə töhfə verəcək.

- Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma proqramı beynəlxalq səviyyədə də maraq doğurur. Qarabağ şəhərlərinin Türk dünyasının qardaşlaşmış şəhərlər şəbəkəsinə, gələcəkdə isə daha geniş beynəlxalq platformalara inteqrasiyası regionlararası əməkdaşlığa hansı yeni imkanlar aça bilər?

- Qarabağın bərpası bu gün təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyət daşıyan tarixi quruculuq prosesidir. Özbəkistan ilk gündən bu nəcib təşəbbüsü dəstəkləyib və azad olunmuş ərazilərin bərpası və inkişafına praktiki töhfə verir.

Özbəkistanın iştirakı ilə Qarabağda müasir sosial infrastrukturun yaradılması, məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin və digər sosial obyektlərin tikintisi istiqamətində mühüm layihələr həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağın bərpası prosesində ilk yardım əlini uzadan ölkə məhz Özbəkistan olub. Füzuli şəhərində inşa edilərək istifadəyə verilmiş müasir ümumtəhsil məktəbi xalqlarımız arasında qardaşlıq və dostluğun parlaq rəmzinə çevrilib.

Hesab edirik ki, Qarabağ şəhərlərinin Türk dünyasının qardaşlaşmış şəhərlər şəbəkəsinə, gələcəkdə isə daha geniş beynəlxalq şəbəkələrə inteqrasiyası regionlararası əməkdaşlıqda yeni mərhələnin başlanğıcı olacaq. Bu, investisiyaların cəlbi, turizmin inkişafı, mədəni mübadilənin genişlənməsi, şəhər idarəçiliyində müasir yanaşmaların tətbiqi, həmçinin birgə təhsil və elmi layihələrin həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq.

- Türk dövlətləri arasında siyasi və iqtisadi inteqrasiya dərinləşdikcə şəhərlər arasında əməkdaşlığın rolu da artır. Sizcə, gələcəkdə məhz şəhərlər bu inteqrasiya prosesinin əsas hərəkətverici qüvvələrindən birinə çevrilə bilərmi? "Türk şəhərləri məkanı" ideyasının formalaşmasını nə dərəcədə real hesab edirsiniz?

-Türk dövlətləri arasında siyasi və iqtisadi inteqrasiya ardıcıl şəkildə dərinləşir. Bu prosesdə şəhər və regionlar arasında əməkdaşlıq xüsusi strateji əhəmiyyət kəsb edir. Yerli səviyyədə qurulan tərəfdaşlıq iqtisadi təşəbbüslərin sürətlənməsinə, mədəni mübadilənin genişlənməsinə və insanlar arasında birbaşa əlaqələrin möhkəmlənməsinə xidmət edir.

İnanırıq ki, gələcəkdə "türk şəhərləri məkanı"nın formalaşması təkcə real perspektiv deyil, həm də tarixi zərurətdir. Türk dünyasının şəhərlərinin qardaşlaşmış şəhər münasibətləri vasitəsilə birləşdirilməsi İstanbuldan Bişkekə, Daşkənddən Bakıya qədər uzanan geniş coğrafiyada logistika, turizm, ticarət, mədəniyyət və humanitar əlaqələrin vahid şəbəkəsini formalaşdıracaq.

Növbəti mərhələdə şəhər və regionlar arasında müntəzəm əməkdaşlıq Türk dünyasının xəritəsində vahid inteqrasiya sisteminin yaranmasına imkan verəcək. Bu sistem təcrübə mübadiləsinə, investisiyaların artmasına, birgə innovativ layihələrin həyata keçirilməsinə və regionların rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edəcək.

Bundan əlavə, belə əməkdaşlıq yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi, ekoloji cəhətdən dayanıqlı şəhərlərin inkişafı, rəqəmsal texnologiyaların və "Ağıllı şəhər" konsepsiyasının geniş tətbiqi, nəqliyyat-logistika dəhlizlərinin təkmilləşdirilməsi və qarşılıqlı əlaqəli turizm marşrutlarının inkişafı baxımından da mühüm rol oynayacaq.

Əminəm ki, Türk dünyasının şəhərləri arasında belə əməkdaşlıq modeli bütün regionun dayanıqlı inkişafına, iqtisadi rifahın yüksəlməsinə və xalqlar diplomatiyasının daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

Müxbir – Ceyhun Xəlilov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək