Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağda yaşıllıq hərəkatı: Azad edilmiş ərazilərdə ekoloji layihələr - ARAŞDIRMA

Qarabağda yaşıllıq hərəkatı: Azad edilmiş ərazilərdə ekoloji layihələr - ARAŞDIRMA

Bakı, 31 oktyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Azərbaycanın azad edilmiş ərazilərində həyatın yenidən bərpası genişmiqyaslı və çoxşaxəli prosesdir. Bu prosesin əsas istiqamətlərindən biri isə ekoloji tarazlığın bərpası, təbiətin canlandırılması və regionun yaşıl inkişaf modelinə uyğun şəkildə qurulmasıdır. Uzun illər işğal altında qalan torpaqlarda ekosistem ciddi zərər görüb, meşələr məhv edilib, su mənbələri çirklənib, torpaq örtüyü eroziyaya uğrayıb. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hazırlanan hesabatda bu ərazilərdə törədilən ekoloji cinayətlər ayrıca vurğulanır. Hesabatda qeyd olunur ki, Qarabağ və Şərqi Zəngəzurda ekosistemin bərpası uzun illər və milyardlarla manat vəsait tələb edir. Bu gün isə həmin ərazilərdə həyata keçirilən yaşıllıq hərəkatı ilə bağlı təşəbbüslər Azərbaycanın ekoloji siyasətinin ən mühüm istiqamətlərindən birinə çevrilib. Bu layihələr təkcə təbiətin bərpasını deyil, həm də gələcək nəsillər üçün dayanıqlı inkişaf mühitinin formalaşdırılmasını hədəfləyir. Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər və Laçın kimi rayonlarda yeni meşə massivlərinin salınması, “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində bərpaolunan enerji mənbələrinin tətbiqi, ekoturizmin təşviqi və biomüxtəlifliyin qorunması istiqamətində ardıcıl addımlar atılır.

Bu hərəkat, eyni zamanda, Qarabağın bərpasına ekoloji baxışın simvoluna çevrilib. Burada hər ağac əkini, hər təmizlənən çay yatağı, hər yeni yaşıllıq sahəsi azad edilmiş torpaqlarda həyatın yenidən doğulmasının göstəricisidir. “Yaşıl Qarabağ” ideyası artıq real layihələrdə, sahəvi təşəbbüslərdə və regionun yeni inkişaf strategiyasında öz əksini tapır.

AZƏRTAC azad edilmiş ərazilərdə həyata keçirilən ekoloji layihələrin məqsədləri, görülən işlərin miqyası, dövlət və ictimai təşkilatların rolu, həmçinin bu prosesin bölgənin sosial-iqtisadi və ekoloji gələcəyinə təsirləri ilə bağlı araşdırma yazısını təqdim edir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasəti nəticəsində Azərbaycanın yalnız torpaqlarını deyil, eyni zamanda, bu ərazilərdəki təbii sərvətlərini, ekoloji tarazlığını və biomüxtəlifliyini itirdiyinə diqqət çəkib. Onun sözlərinə görə, bu faktlar sadəcə lokal ətraf mühit pozuntusu deyil, beynəlxalq hüquqda “ekosid” adlandırılan anlayışın reallığıdır. İşğal dövründə bölgədə aparılan qeyri-qanuni iqtisadi fəaliyyətlər, dağ-mədən sənayesində kortəbii qazıntılar, meşələrin kütləvi qırılması, çayların axar istiqamətinin dəyişdirilməsi, torpaqların zibillik kimi istifadə olunması regionun ekologiyasına və insan sağlamlığına bərpaolunmaz zərər vurub.

Bərpaolunan enerji mənbələrinin 2030-cu ilə qədər 30 faizə çatması hədəflənir

“Hazırda bu ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan günəş panelləri quraşdırılıb. Cəbrayıl rayonunda “Şəfəq”, “Üfüq” və “Şəms” kimi günəş enerjisi layihələri həyata keçirilir. Bununla yanaşı, 307 MVt gücündə 38 su elektrik stansiyası fəaliyyət göstərir. Azərbaycan ümumi enerji balansında alternativ və bərpaolunan enerji mənbələrinin payını 2030-cu ilə qədər 30 faizə çatdırmağı hədəfləyir. 2050-ci ilə qədər isə azad olunmuş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması planlaşdırılır ki, bu da Azərbaycanın qlobal dekarbonizasiya səylərinə mühüm töhfə verəcək”,-deyə deputat əlavə edib.

P.Vəliyevanın sözlərinə görə, Azərbaycanın Zəngilan rayonunda yerləşən Ağalı kəndi, işğaldan sonra həyata keçirilən bərpa və innovasiya siyasətinin ən parlaq nümunəsidir. Uzun illər viran qalmış kənd indi tamamilə yeni konsepsiya ilə “ağıllı kənd” modeli əsasında yenidən qurulub. “Ağalı kəndində tətbiq olunan “ağıllı idarəetmə sistemi” su, enerji və yol infrastrukturlarının “ağıllı bulud platforması”na inteqrasiyasına imkan verir. Sakinlər fiber-optik internet, onlayn tibbi məsləhət xidmətləri və elektron idarəetmə sistemləri vasitəsilə daha səmərəli və rahat həyat tərzi sürürlər. Bu layihə həm kənd həyatının müasir standartlara uyğunlaşdırılması, həm də ekoloji dayanıqlı yaşayış modelinin təbliği baxımından strateji əhəmiyyət daşıyır”.

Quruculuq işlərinin əsas istiqamətlərindən biri çirkab suların idarə olunmasıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov işğaldan azad olunmuş ərazilərdə ətraf mühit çirklənməsinin qarşısını almaq, ekoloji cəhətdən dayanıqlı inkişafı təmin etməyin əsas prioritet olduğuna diqqət çəkib: “İşğaldan azad edilmiş ərazilərdə 9 su anbarı və 14 əsas çay mövcuddur. Hazırda bu çay hövzələrində avtomatik suölçmə cihazları quraşdırılır. Eyni zamanda, Həkəri və Bərgüşad çayları üzərində iki yeni su anbarının tikintisi planlaşdırılır. Bu layihələr həm yeni salınacaq şəhərlərin əhalisinin içməli su ilə təminatında, həm də kənd təsərrüfatının suvarma sistemlərinin bərpasında mühüm rol oynayacaq. Su resurslarının səmərəli idarə edilməsi bölgədə ekoloji tarazlığın bərpası üçün vacib amildir.

Əsas istiqamətlərdən biri də çirkab suların idarə olunmasıdır. İşğal dövründə Şuşa və Xankəndi şəhərlərində ətraf mühitin çirklənməsi, xüsusilə su ehtiyatlarının korlanması ciddi problem olub. Çirkab suların birbaşa təmiz su mənbələrinə axıdılması nəticəsində ekoloji tarazlıq pozulub. Bu səbəbdən hazırda Xankəndidə sutəmizləmə qurğularının quraşdırılması, Şuşada isə içməli su təchizatı sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bu tədbirlər gələcəkdə bölgənin su ehtiyatlarının təmiz və davamlı saxlanılmasını təmin edəcək. Beləliklə, azad edilmiş ərazilərdə görülən bərpa işləri təkcə fiziki infrastrukturun yenidən qurulması deyil, həm də ekoloji cəhətdən sağlam və dayanıqlı gələcəyin formalaşdırılması istiqamətində atılan strateji addımlardır.

Ekologiya üzrə mütəxəssis Gülşən Axundova isə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan ilkin ekoloji monitorinqlər zamanı 1990–2020-ci illər arasında Qarabağda meşə fondunun təxminən 60 faizinin məhv edildiyi, torpaq eroziyası və su hövzələrinin qurumasının müşahidə olunduğu aşkarlanıb. “Ancaq hazırda Qarabağda həyata keçirilən yaşıllıq hərəkatı regional əməkdaşlıq üçün də yeni imkanlar açır. Azərbaycan “yaşıl enerji zonası” konsepsiyası ilə regionda bərpaolunan enerji mənbələrinin inkişafını təşviq edir. Külək, günəş və hidroenerji potensialı Qarabağda yeni iqtisadi ekosistemin əsasını qoyur. Eyni zamanda, bu layihələr ekoloji təhlükəsizliyə və iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verir. Qarabağda əkilən hər bir ağac həm təbiətin bərpasına, həm də Azərbaycan xalqının sülh, dirçəliş və yenidənqurma simvoluna çevrilib.

Həmçinin məktəblərdə və yerli icmalarda “Yaşıl məktəb”, “Təmiz Qarabağ”, “Bir ağac da sən ək” kimi təşəbbüslər həyata keçirilir. Bu layihələr gənclərdə ekoloji məsuliyyət hissinin formalaşdırılmasına, təbiətə qayğının həyat tərzinə çevrilməsinə xidmət edir. Bütün bu fəaliyyətlər Azərbaycanın “Yaşıl dünya” təşəbbüsünün tərkib hissəsidir və ölkənin 2030-cu ilədək iqlim dayanıqlılığı strategiyasına uyğundur”,- deyə ekologiya üzrə mütəxəssis əlavə edib.

Beləliklə “Qarabağda yaşıllıq hərəkatı” həm milli həmrəylik, həm də beynəlxalq əməkdaşlıq nümunəsi kimi Azərbaycanın yaşıl gələcəyinə gedən yolun ən parlaq simvoludur. Bu gün Qarabağda qurulan hər yeni şəhər, quraşdırılan hər günəş paneli, təmizlənən hər hektar torpaq gələcək nəsillər üçün daha təmiz, təhlükəsiz və davamlı həyatın təməlini qoyur. Qarabağ və Şərqi Zəngəzur artıq dağıntı və fəlakət simvolu deyil, yaşıl dirçəlişin, innovasiyanın və sülhün rəmzinə çevrilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib