Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qarabağın azad olunması və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakıda 27 Sentyabr - Anım Gününün 5-ci ildönümü münasibətilə “Qarabağın azad olunması və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda dəyirmi masa təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Qarabağ Dirçəliş Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, qazilər, etnik və dini icma rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İlk olaraq Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, Qarabağ uğrunda əldə olunmuş tarixi Zəfər xalqımızın sarsılmaz birliyi və həmrəyliyinin parlaq təcəssümüdür. “Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və siyasi iradəsi xalqı vahid amal ətrafında birləşdirdi, əsgərlərimizin böyük qəhrəmanlığı və milli həmrəylik bu Zəfərin əsas dayaqlarından biri oldu”, - deyə R. Hacıyev vurğulayıb.

Qarabağın bərpası ilə bağlı fikirlərini bölüşərkən İdarə Heyətinin sədri bildirib ki, dövlətimizin başçısının rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri cəmiyyətin müxtəlif təbəqələrinin fəal iştirakı sayəsində daha da güclənir və genişlənir. O vurğulayıb ki, ictimai həmrəylik və koordinasiyalı fəaliyyət bu işlərin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır. Həmçinin xalqımızın vahid məqsəd və həmrəylik ətrafında birləşməsi yalnız bu böyük missiyanın uğurla həyata keçirilməsinin təməlini qoymur, həm də Qarabağın uzunmüddətli inkişafı və gələcək nəsillərin firavan həyatı üçün etibarlı zəmin yaradır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, Anım Günü xalqımızın milli iradəsinin və birliyinin təntənəsinin rəmzidir. Vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-nin Anım Günü elan olunması şəhidlərimizə, onların ailələrinə, xalqımıza verilən yüksək qiymətin və dərin ehtiramın bariz nümunəsidir: “Bu gün biz böyük qürur hissi ilə şəhidlərimizi yad edir, onların müqəddəs ruhları qarşısında baş əyirik. Onlar Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və dövlətimizin suverenliyi uğrunda canlarını fəda etdilər. Tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı öz doğma torpaqları uğrunda bir yumruq kimi birləşərək, bütün çətinliklərin öhdəsindən gələ bilər. Qazandığımız tarixi Zəfər şəhidlərimizin qanı, qazilərimizin igidliyi, Ordumuzun gücü və xalqımızın birliyi sayəsində mümkün oldu”.

İcraçı direktor diqqətə çatdırıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hər zaman milli birliyi, vətənpərvərlik ruhunu, Azərbaycan xalqının əsrlərdən bəri formalaşdırdığı sülh, tolerantlıq və multikultural dəyərləri təbliğ edir: “Bu dəyərlər Vətən müharibəsində qazandığımız Qələbədən sonra işğaldan azad edilmiş bütün ərazilərimizin dirçəlişində də əsas yol göstəricimiz olacaq. Qarabağ Dirçəliş Fondu ilə birgə təşkil etdiyimiz tədbir də məhz bu amalın davamıdır. Bizim borcumuz yalnız şəhidlərimizin xatirəsini anmaq deyil, eyni zamanda, onların arzularını gerçəkləşdirmək, azad edilmiş torpaqlarımıza yenidən həyat vermək, sülhün və rifahın təmin olunması uğrunda var gücümüzlə çalışmaqdır”.

Azərbaycan Dillər Universitetinin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Kamal Abdullayev vurğulayıb ki, 44 günlük Vətən müharibəsi təkcə hərbi deyil, həm də mənəvi Zəfərdir. “Bu müharibə göstərdi ki, xalqın gücü yalnız silahda deyil, onun qəlbində, iradəsində və birliyindədir. Azərbaycan həmişə fərqliliklərin harmoniyasını özündə yaşadan bir ölkə olub. Bizim multikultural ənənələrimiz, tolerantlıq mühitimiz əsrlərin sınağından keçib. Vətən müharibəsi bu dəyərləri yeni müstəviyə çıxardı və göstərdi ki, müxtəlifliyin içindəki birlik, mədəniyyətlərin və dinlərin vəhdəti, əslində, milli gücün və qələbənin təməlidir. Bu gün Qarabağda yenidən canlanan həyat həm də birlik, həmrəylik, qarşılıqlı hörmət və etimad üzərində qurulur”, - deyə Kamal Abdullayev qeyd edib.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən tədbirdə çıxış edən deputatlar Fariz İsmayılzadə, Tural Gəncəliyev, Ceyhun Məmmədov, Mixail Zabelin, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev, etnik-dini icmaların nümayəndələri və digər natiqlər qeyd ediblər ki, Vətən müharibəsində qazandığımız tarixi Qələbə təkcə hərbi gücümüzün deyil, həm də ictimai həmrəyliyimizin, milli və dini müxtəlifliyimizin birgə dəyərə çevrilməsinin nəticəsi oldu. Azərbaycanda yaşayan bütün xalqlar, dini konfessiyalar, müxtəlif icmalar həmin dönəmdə bir amal uğrunda birləşərək dövlətimizin yanında olduqlarını nümayiş etdirdilər.

Qeyd edək ki, tədbir zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanan və Zəfər Gününə həsr edilən “Biz birlikdə güclüyük” qısametrajlı sənədli film də nümayiş olunub.

Eyni zamanda, tədbir iştirakçıları işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” fotosərgisi ilə tanış olublar.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib