“Qarabağ”ın Belçikaya səfər proqramı açıqlanıb
Bakı, 20 fevral, AZƏRTAC
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Gent”in rəqibi olacaq “Qarabağ” fevralın 21-də Belçikaya yollanacaq.
AZƏRTAC xəbər verir ki, komandanı Gentə aparacaq təyyarə saat 17:00-da yola düşəcək.
Fevralın 22-də saat 18:30-da (Bakı vaxtı ilə 21:30) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi “KAA Gent” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Mühüm əhəmiyyət kəsb edən qarşılaşmada klubun prezidenti Tahir Gözel də komandanın yanında olacaq.
“Gent”-“Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]