“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olunub
Bakı, 10 iyul, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən “Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan edilib.
MEMİM-dən AZƏRTAC-a bildirilib ki, “Gilavar Foto Klubu” İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunan müsabiqə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar keçirilir və işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi-mədəni və dini abidələrimizə həsr olunub.
Müsabiqənin keçirilməsində əsas məqsəd həvəskar və peşəkar fotoqrafların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin zəngin tarixi-mədəni irsinə fərqli rakurslardan yanaşması və eyni zamanda, Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix və mədəniyyət abidələrimizə diqqət çəkməkdir.
Həm peşəkar, həm də həvəskar fotoqrafların iştirak edə biləcəyi müsabiqəyə hər iştirakçı maksimum 3 fotoiş təqdim edə bilər. Fotolar rəngli və ya ağ-qara şəklində rəqəmsal formatda (jpeg formatında, 300 dpi) təqdim edilməli, fotoların uzun tərəfi 3 min piksel, ölçüsü isə 3 MB-dan çox olmamalıdır.
Fərqlənən iştirakçılar sertifikatla, qaliblər isə diplom və pul mükafatı ilə təltif olunacaqlar. Müsabiqədə iştirak etmək istəyən şəxslər sentyabrın 30-dək bu link vasitəsilə qeydiyyatdan keçməli və fotoişlərini təqdim etməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]