“Qarabağ”ın futbolçusu: Səhvlərimizdən dərs çıxarmalıyıq
Bakı, 6 avqust, AZƏRTAC
Yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Çoxlu qol şansları yarada bildik, amma bunlardan istifadə edə bilmədik. Təəssüflər olsun ki, qapımızdan 2 qol buraxdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Bolqarıstanın “Ludaqorets” klubuna 1:2 hesabı ilə məğlub olduqları oyunla bağlı jurnalistlərə açıqlamasında deyib.
Müdafiəçi rəqib komandanın onları yaxşı təhlil etdiyini bildirib: “Yaxşı analiz olunmuşduq. Lakin biz də öz növbəmizdə əlimizdən gələni etdik. Çalışacağıq ki, səfərdə daha baxımlı oyun göstərək”.
O, hakimlərin idarəçiliyindən narazılığını da gizlətməyib: “Təəssüf ki, bəzi epizodlarda rəqibin lehinə qərarlar verildi. Biz də buna etirazımızı bildirdik. Amma bunların heç biri bəhanə deyil. Bu matçdakı səhvlərimizdən dərs çıxarmalıyıq”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də səfərdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]