“Qarabağ”ın prezidenti: Möhtəşəm oynadıq, çox qürurluyam
Bakı, 6 noyabr, AZƏRTAC
İki gün sonra Zəfər Gününü qeyd edəcəyik. “Qarabağ” bu gün bütün dünyaya sübut edir ki, Azərbaycan xalqı cəsarətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun “Çelsi” ilə oyunundan sonra deyib.
Türkiyəli funksioner 2:2 hesablı heç-heçə ilə bitən matçla bağlı fikirlərini bölüşüb: “Necə rahat oynadığımızı gördünüz? İkinci topu hücumda olarkən buraxdıq. Çox gözəl, sürətli oyun idi. Komandamızla fəxr edirəm. Bəlkə də Azərbaycan futbolunun tarixində ən baxımlı matçlardan biri idi. Qalib gəlmək şansımız var idi. Təsadüf nəticəsində qol buraxdıq. Bununla belə, ümidliyik. Bir qələbə də qazansaq, pley-off şansımız daha da artar. Hələ vəsiqəni təmin etməmişik. Ona görə də nəsə demək tezdir. İnanıram ki, bacaracağıq”.
O, İngiltərə nəhəngi ilə heç-heçəyə görə, Azərbaycan xalqını və ölkə rəhbərliyini təbrik edib: “Möhtəşəm oynadıq, çox qürurluyam. Hesab 2:1 olarkən 3-cü qolumuzu gözləyirdim. Çünki artıq özümüzə inam gəlmişdi. Çoxlu qol epizodumuz oldu. Nəzərə alaq ki, rəqib “Çelsi” idi. Heyətində çox təhlükəli oyunçular var. Macəra davam edir. Böyük həyəcanla ilk “24-lüy”ə düşəcəyimizi gözləyirəm”.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində 5-ci oyununu noyabrın 26-da İtaliyada “Napoli”yə qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]