Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri  ŞƏRH

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əməkdaşlıq istiqamətində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. İkitərəfli münasibətlərin inkişafı öz növbəsində yeni əməkdaşlıq formatlarının yaranmasına, əlaqələrin coğrafiyasının genişləndirilməsinə öz müsbət təsirini göstərir. Şübhəsiz ki, əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlər, bu zaman imzalanan sənədlər, keçirilən görüşlərdə müzakirə olunan və gündəmə gətirilən məsələlər mühüm rol oynayır. Bu baxımdan dövlətimizin başçısının aprelin 22-də Rusiyaya işgüzar səfəri, Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdəki çıxışında səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı. Məlumdur ki, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı anlaşma, dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasında fəal iştirak edir, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq. Bu mühüm məqam da xüsusi vurğulandı ki, hazırda 50 illik yubileyi qeyd olunan bu nəhəng layihənin həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin böyük rolu olub. Dövlətimizin başçısı sözügedən görüşdəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etdi ki, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaq. Çünki o, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi. Fəxr edirik ki, Azərbaycan inşaatçıları və mütəxəssisləri də bu nəhəng layihənin tikintisində fəal iştirak ediblər. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.

O vurğulayıb ki, ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Dövlətimizin başçısı çıxışında bu reallığı da xüsusi vurğuladı ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Rusiya Prezidenti Vladimir Putin və Ulu Öndər Heydər Əliyev qoyublar. Vladimir Putinin 2001-ci ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə Rusiyaya dövlət səfəri bu gün birlikdə şahidi olduğumuz böyük yolun başlanğıcı olub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı. Müstəqillik tariximizdə iki ölkənin əlaqələrinin inkişafına xidmət edən sənədlərin say tərkibinin çoxluğu da bu dostluğun, müttəfiqliyin möhkəm təmələ əsaslandığını təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” əlaqələrimizdə yeni səhifə açdı. 2002-ci ildə Ulu Öndərin Rusiyaya dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirdi.

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas məsələləri olan keçmiş Qarabağ münaqişəsinin, həmçinin Xəzərin hüquqi statusu məsələsinin həllində Rusiyanın dəstəyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Hər iki ölkənin dövlət başçıları ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayırlar. Belə ki, 2022-ci ilin fevralında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırdı. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir.

Vüqar Rəhimzadə bildirib ki, iki ölkə arasında bu günədək imzalanan 260 sənəd, mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşündə ikitərəfli əlaqələrin gündəliyinin zənginliyi xüsusi qeyd edildi. Bildirildi ki, Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilir. 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard dollara çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verirlər.

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalandı. İki ölkənin əlaqələrinin hərtərəfli inkişafı üçün geniş imkanlar mövcuddur. Dövlətimizin başçısı sözügedən görüşlərdə bu məqama da xüsusi diqqət yönəltdi ki, regional təhlükəsizlik məsələləri həmişə aktualdır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq. Bu əminlik də ifadə edildi ki, görüş münasibətlərimizin inkişafına yeni təkan verəcək.

V.Rəhimzadə bu mühüm məqamı xüsusi qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına xidmət edir ŞƏRH

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Mərkəzi Bank İsveçrə Milli Bankı ilə maliyyə sektorundakı son tendensiyaları nəzərdən keçirib

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib

AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər

TƏBİB kənd tibb məntəqələrini müasir tibbi müayinə köşkləri ilə təchiz edir

Siyasi şərhçi: Beynəlxalq hüququn etibarlılığı onun hamı üçün eyni qaydada tətbiqindən asılıdır

Çində ilk robotlaşdırılmış ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib

MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir

Tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılıq artırılır

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Podqoritsa forumu: Azərbaycanın turizmin inkişafı üzrə addımları beynəlxalq auditoriyaya çatdırılıb

Dövlət orqanlarındakı vakant vəzifələr üzrə daxili müsahibələrin qrafiki açıqlanıb

Əmanətlərin Sığortalanması Fondu Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi ilə memorandum imzalayıb

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Cənubi Koreya bankları məlumat sızmalarından sonra kibertəhlükəsizliyə ayırdıqları vəsaiti artıracaqlar

Bakı, Ağsu və Şəmkirdə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Aİ liderləri yüksək enerji qiymətlərinə qarşı təcili tədbirlər görülməsini istəyirlər

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

“Suitinin kabusu” fotosu “Our Nature Environmental Photo & Video Awards” müsabiqəsinin qalibi olub

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

Azərbaycanın da ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının rəsmi brendi təqdim olunub

Zaqatalada müstəqillik qüruru: “Müstəqil dövlətim – qürur mənbəyimdir”

Naxçıvan FHN-in xüsusi təyinatlı texnika və avadanlıqları payız-qış istismar rejiminə keçirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib

Elşad Nəsirov: Boru kəmərlərinin inkişaf etmiş şəbəkəsi regionda enerji əməkdaşlığına imkanlar açır

Almaniya və Fransa daxiliyanma mühərrikli avtomobillərin istehsalına dair məhdudiyyətin yumşaldılması ilə bağlı razılığa gəlib

Paytaxtın Nəsimi rayonunda müşavirə: Bütün sahələrdə məqsədyönlü fəaliyyət gücləndirilməlidir

Mahnı Teatrında Maykl Ceksonun yaradıcılığına həsr olunmuş konsert təşkil edilib

Azərbaycanın keçdiyi şərəfli yol və yeni reallıqlar növbəti dəfə Bakıdan dünyaya bəyan edildi ŞƏRH

Almaniyada ehtiyatda olan hərbçilərin sayının azı 200 minə çatdırılması planlaşdırılır

BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar

Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib

BDU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib

Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür

Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub

Səmərqənd Dövlət Texniki Universitetinin professor-müəllim heyəti AzMİU-da təcrübə keçir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının yarımfinalında uduzub

Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar

Bakı beynəlxalq dialoqun və strateji tərəfdaşlığın mərkəzi kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 8 idman növü üzrə təmsil olunacaq

Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edib

Politoloq: Ermənistanın sabiq prezidentlərinin hər üçü müharibə cinayətlərində iştirak edib - ŞƏRH

Dünyaşöhrətli alim Erol Qelenbe İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə edib

İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib

“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır VİDEO

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib VİDEO

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib VİDEO

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib