“Qartal” klubunun üzvləri 3 günə 15 zirvəni fəth ediblər
Bakı, 1 sentyabr, AZƏRTAC
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və “Qartal” dağçılıq klubunun üzvlərinin iştirakı ilə Böyük Qafqaz dağlarının ən uca zirvələri fəth olunub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizdə ilk dəfə “Qartal” dağçılıq klubunun üzvləri 4 min metrlik 15 zirvəni 3 günə fəth ediblər. Fəth olunan zirvələr Bazardüzü (4466 m), Zəfər (4301), Bazaryurd (4156 m), Çarun (4075 m), Raqdan (4020 m) Böyük Qafqaz dağlarının və ümumilikdə, Azərbaycanın ən uca zirvələri sayılır.
Yürüşdə, ümumilikdə, 17 nəfərlik heyət iştirak edib.