QASIRĞALARLA MÜŞAYİƏT OLUNAN YAĞMURLU HAVA ALMANİYAYA BÖYÜK ZİYAN VURMUŞDUR
Mozel, Reyn, Dunay, Nekar və digər iri çaylarda naviqasiya üçün təhlükə yarandığından bu böyük su nəqliyyatı arteriyalarında gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılmışdır.
Güclü külək axını Almaniyanın Şimal və Baltik dənizləri sahilindəki şəhərlərinə də böyük ziyan vurmuş, gəmi tərsanələrini böyük sınaq qarşısında qoymuşdur. Qasırğanın dənizdə qaldırdığı nəhəng dalğalar Bremen-Bremerhafen limanında inşası başa çatmış və açıq dənizə buraxılmağa hazır vəziyyətdə dayaqlar üzərində dayanmış 300 metr uzunluğundakı nəhəng gəmi-kreyseri yerindən oynadaraq, böyrü üstə sahilin dayazlıqlarına yıxmışdır. Gəminin göyərtəsində işləyənlərin həyatı xilas olunmuşdur. Mütəxəssislərin hesablamalarına görə, təbii fəlakətə düçar olmuş gəmi Almaniya gəmiqayıranlarına 300 milyon avroya başa gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
İmişlidə avtomobil yanıb
- [21:08]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Hərracda 28 avtomobil satılıb
- [16:58]