Qatı duman Tbilisi aeroportunda ciddi problemlər yaradıb
Tbilisi, 11 yanvar, AZƏRTAC
Qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanında uçuşların bir hissəsini yerinə yetirmək mümkün olmayıb.
AZƏRTAC xəbər verir ki, Moskva, İrəvan, Bakı və Tehrandan Tbilisiyə uçan təyyarələr Şota Rustaveli aeroportuna eniş edə bilməyib.
Aeroportun mətbuat xidmətinin məlumatına görə, “Georgian Airways” aviaşirkətinin Moskvadan Tbilisiyə uçan təyyarəsi Kutaisi hava limanına yönləndirilib. Daha üç aviaşirkətin (Air Dilijans, AZAL, Qeshm Air) təyyarələri geri qaytarılıb.
Digər uçuşların yerinə yetirilməsi isə bu mərhələdə heç bir problem yaratmayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]