QAX ƏHALİSİNİN MAVİ YANACAQLATƏMİNATI YAXŞILAŞIR
Hazırda rayonun qazlaşdırılması planının ikinci mərhələsinə başlanılmışdır. Plana uyğun olaraq, on illik fasilədən sonra Əmircan kəndinə təbii qazın verilməsi bərpa edilmişdir. Bundan əlavə, hazırda rayonun Qaxbaş-İlisu kəndləri istiqamətində yeni qaz xəttinin çəkilişi də sürətlə davam etdirilir.
Cari ilin ötən dövründə müəssisənin qaz təsərrüfatında və xətlərdə 120 milyon manatlıq təmir-tikinti işləri görülmüş, mənzillərə 935 ədəd qaz sayğacı quraşdırılmışdır.