QAXDA GƏNCLƏRİN BEYNƏLXALQ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Gəncədə fəaliyyət göstərən “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər işi vasitəsilə müxtəlif mədəniyyətləri özündə əks etdirən cəmiyyətin inteqrasiyasına nail olmaq” adlı beynəlxalq layihə çərçivəsində Qax rayonunda gənclərin beynəlxalq görüşü təşkil edilmişdir.
Görüşdə Azərbaycan, Türkiyə, Gürcüstan, Almaniya, Polşa, Moldova və Ukraynanı təmsil edən 20 nəfərdən ibarət qrup və rayon gəncləri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, Qax şəhərindəki mərkəzi kitabxanada keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Ziyafət Xasıyeva görüş iştirakçılarına rayonun coğrafi mövqeyi, tarix və memarlıq abidələri, mədəniyyəti, əhalinin etnik tərkibi, habelə gənclərin fəaliyyəti barədə məlumat vermişdir.
Tədbirdə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Müşfiq Cəfərov çıxış edərək Avropa Şurasının Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilən bu layihənin Azərbaycanda yaşayan etnik qruplara məxsus olan gənclərin fəallığını artıraraq, onların ictimai həyata inteqrasiyasını təmin etmək, habelə müxtəlif mədəniyyətlərə mənsub gənclərin dialoqunu təşkil etmək məqsədi daşıdığını bildirmişdir.
Sonra tədbir iştirakçıları gənclərin ictimai fəallığının artırılması, onların ictimai həyata inteqrasiyasının yolları barədə geniş fikir mübadiləsi aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]