Qaxda tullantıların idarə olunması layihəsinin icrası üzrə işlər davam etdirilir
Qax, 3 fevral (AZƏRTAC). Qax rayonunda Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində həyata keçirilən “Tullantıların idarə olunması” layihəsi üzrə işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, layihənin icrası Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi arasında ötən ilin oktyabrında bağlanmış qrant müqaviləsi əsasında həyata keçirilir.
Ekologiya ilə bağlı olan bu layihənin əsas məqsədi Qax rayonunda tullantıların və təkrar istifadənin davamlı şəkildə idarə olunmasını təmin etməkdir. Bunun üçün Qax şəhərindən bir neçə kilometr aralıda emal müəssisəsi yaradılır. Burada məişət tullantılarının çeşidlənməsi üçün bunkerlər, həmçinin ekoloji cəhətdən təhlükəli olan tullantıların yandırılaraq zərərsizləşdirilməsi məqsədilə kameralar inşa edilir. Müəssisədə eyni vaxtda 30 tonadək məişət tullantısını emal etmək mümkün olacaqdır.
Layihə üzrə işlərin bu il martın sonunadək başa çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]