Qaya Məmmədov: Ermənistandan azərbaycanlıların deportasiyası misilsiz ədalətsizlik nümunəsidir
Bakı, 27 may, AZƏRTAC
Mən Ermənistandan olan etnik azərbaycanlı kimi deyə bilərəm ki, Ermənistan sistemli islamofobiyanın mərkəzi məkanıdır. Ermənistandan azərbaycanlıların deportasiyası misilsiz ədalətsizlik nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Qaya Məmmədov "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Dəyişən dünyada İslam mədəni irsinin qorunması” mövzusunda panel iclasda söyləyib.
“Təxminən bir əsr əvvəl Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində azərbaycanlılar etnik çoxluq təşkil edirdilər. Bu insanların hamısı Ermənistandan deportasiya olundu. Onların torpaqlarında yeni bir dövlət yaradıldı və həmin dövlət BMT-yə üzv qəbul edildi. Biz İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində bir çox oxşar hallarda birlik göstərmişik. Amma İƏT ölkələrinin qarşılaşdığı problemlər içində bizim üzləşdiyimiz vəziyyətin miqyası və dərinliyi bənzərsizdir", - deyə Q.Məmmədov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]