QAZAX RAYONUNUN ÜRKMƏZLİ KƏNDİNƏ TƏBİİ QAZ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazax rayonuna səfərindən sonra bir sıra rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamına uyğun olaraq Qazaxın Ürkməzli kəndinə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilən tədbirin iştirakçıları regionda görülən quruculuq işlərini yüksək qiymətləndirmiş, rayonun 7 kəndinə, o cümlədən Ürkməzliyə mavi yanacağın verilməsini əhalinin rifahının yaxşılaşdırılmasına ölkə başçısının qayğısının bariz nümunəsi kimi dəyərləndirmişlər.
Sonra Ürkməzli kəndinə mavi yanacağın verilməsini bildirən məşəl yandırılmışdır.