QAZAXISTAN 2009-CU İLDƏ ATƏT-İN SƏDRİ OLMAĞA CAN ATIR
Nursultan Nazarbayev demişdir: “Biz demokratik dəyərləri yüksək qiymətləndiririk və ATƏT-lə insan hüquqları, demokratik proseslərin inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin qurulması və digər məsələlərdə konstruktiv dialoqa hazırıq”.
Prezident əmin olduğunu bildirmişdir ki, bu məsələdə ATƏT-ə üzv dövlətlərin müsbət rəyi Mərkəzi Asiyada sosial-iqtisadi inkişafın sürətlənməsinə və demokratik proseslərin inkişafına təkan verəcəkdir.