QAZAXISTAN BEŞ İLDƏN SONRA GÜNDƏ 2 MİLYON BARREL NEFT İXRAC EDƏ BİLƏCƏK
Diplomatın sözlərinə görə, 10 il sonra Qazaxıstanda neft hasilatının ümumi həcmi ildə 150 milyon ton olacaqdır. Lakin dənizə birbaşa çıxışın olmaması və dünya kommunikasiyalarından uzaqlıq Qazaxıstanın beynəlxalq iqtisadi əlaqələrdə iştirakını çətinləşdirir. Ona görə də Astana neftin dünya bazarına çıxarılmasının müxtəlif variantlarının gerçəkləşdirilməsi üzərində işləyir. Söhbət üç əsas istiqamətdən gedir: şimal istiqaməti – Rusiya vasitəsilə, qərb istiqaməti – Bakı-Tbilisi-Ceyhan vasitəsilə və şərq istiqaməti – Çin vasitəsilə.
Qəribjanov Pekinlə energetika sahəsində əməkdaşlıqdan da danışaraq, 2006-cı ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulan Atasu-Alaşanköy neft kəməri layihəsini xatırlatmışdır. Üç milyard dollar dəyərində olan bu boru kəməri Qaraqanda vilayətindəki Atasu neftvurma stansiyasını Çin ərazisindəki Alşanköy dəmir yol stansiyası ilə birləşdirəcəkdir. Planlaşdırıldığına görə, bu kəmərlə ildə əvvəlcə 10 milyon ton, perspektivdə isə 30 milyon ton neft nəql olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]
Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib
- 06.10.2026 [16:07]
Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb
- 06.10.2026 [16:03]
Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]