Qazaxıstan beş ölkə ilə müntəzəm beynəlxalq uçuşların sayını artırır
Nur-Sultan, 11 fevral, AZƏRTAC
Qazaxıstan beş ölkə ilə müntəzəm beynəlxalq uçuşların sayını artırır.
AZƏRTAC Qazaxısan Mülki Aviasiya Komitəsinə istinadən bildirir ki, koronavirus infeksiyasının yaranmasının və yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiya bir sıra müntəzəm beynəlxalq sərnişin reyslərinin artırılmasına və bərpa olunmasına icazə verib. Bunun da nəticəsində Rusiyaya uçuşların sayı hər iki tərəfdən həftədə üçdən 10 dəfəyə qədər artırılıb.
Maldiv adaları istiqamətinə Qazaxıstan hava yolları üçün həftədə yeddi uçuşa icazə verilib. Qırğızıstanın Almatı - Bişkek istiqamətinə həftədə üç, Özbəkistana hər iki tərəfdən həftədə yeddi, Ukraynaya istiqamətinə isə həftədə iki uçuş həyata keçiriləcək.
Uçuşlar sanitariya və epidemioloji standartlara tam uyğun olaraq və hava yollarının veb-saytlarında dərc olunmuş cədvələ uyğun həyata keçiriləcəkdir. Bu həftədən etibarən “Aeroflot” Moskvadan Almatıya uçuşları bərpa edəcək və Nur-Sultana uçuşların tezliyini artıracaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]