QAZAXISTAN İKİNCİ “ŞİMAL-CƏNUB” ELEKTRİK XƏTTİNİN TİKİNTİSİNƏ BAŞLAYIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, iyulun 9-da Qazaxıstanın cənubundakı Şu şəhərində “Şimal-Cənub” tranzitinin 500 kilovatlıq ikinci elektrikötürmə xəttinin tikintisinə başlanacaqdır. Bu xəttin tikintisi Qazaxıstan İnkişaf Bankının (QİB) ən böyük layihəsi olacaqdır. Qazaxıstanın cənub bölgələrinin Mərkəzi Asiya ölkələrindən enerji asılılığına son qoyacaq layihənin ümumi dəyəri 280 milyon dollardır. Tikintinin maliyyələşdirilməsində, QİB ilə yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı, xarici banklar sindikatı da iştirak edəcəklər.
Ekibastuz-Aqadır-Cənubi Qazaxıstan DRES-i-Şu elektrikötürmə xəttinin uzunluğu 1163 kilometr olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]