Qazaxıstan İrandan Çinə nəqliyyat marşrutunun bərpa olunduğunu elan edib
Astana, 26 iyul, AZƏRTAC
Qazaxıstanın dəmir yolu milli şirkətinin törəmə qurumu olan “KTZ Express” və Çinin “China Railway Container Transport Co. Ltd.” şirkəti İran-Çin nəqliyyat marşrutunu bərpa edir.
AZƏRTAC Qazaxıstan Dəmir Yollarına istinadən xəbər verir ki, İranın Aprin dəmir yolu stansiyasında İran, Çin, Qazaxıstan və Türkmənistan nümayəndələrinin iştirakı ilə İran-Çin konteyner qatarının təntənəli yola salınma mərasimi keçirilib.
Məlumatda bildirilir ki, tərkibi gips tozu olan 50 ədəd qırx futluq konteyner İran-Qazaxıstan-Çin marşrutu üzrə yola çıxıb. Marşrutun ümumi səyahət müddəti 12 gün təşkil edəcək.
Qeyd olunur ki, bu, nəqliyyat dəhlizinin bərpası və marşrutda iştirak edən ölkələr arasında beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm addımdır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]