QAZAXISTAN KANADA VƏ ABŞ-DAN QUŞ ƏTİNİN İDXALINA MÜVƏQQƏTİ QADAĞA QOYMUŞDUR
AZƏRTAC-ın müxbiri Astanadan xəbər verir ki, Qazaxıstan Kanada və ABŞ-dan quş əti idxalına müvəqqəti qadağa qoymuşdur. Beynəlxalq Epizootiya Bürosunun məlumatına görə, Texas ştatında və Kanadada quş qripinin ən ağır halları qeydə alınmışdır. Bununla əlaqədar, həmin ölkələrdən quş əti və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulması məsləhət görülmüşdür. Qadağa hökumətin xüsusi sərəncamınadək qüvvədə qalacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]