Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib
Nur-Sultan, 6 iyun, AZƏRTAC
Qazaxıstan “OPEC +” sazişi çərçivəsində əvvəlki istehsal səviyyəsinin bir ay müddətinə uzadılmasını dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, “OPEC +” sazişində iştirak edən ölkələrin toplantısında Qazaxıstanın Energetika naziri Nurlan Noqayev qeyd edib ki, mövcud razılaşma, qlobal neft sənayesinə müsbət təsir göstərib və bu da öz növbəsində dünyada neftin qiymətinin sabit artımında müsbət dinamikaya səbəb olub.
Görüşdə tərəflər neft hasilatındakı ümumi azalmanın gündəlik 9,7 milyon barel səviyyəsində bu ilin iyul ayının sonuna qədər uzatmaq qərarına gəliblər.
Qeyd edək ki, Qazaxıstanın Energetika Nazirliyi “OPEC+” sazişi çərçivəsində may-iyun aylarında ölkənin orta və iri yataqlarında neft hasilatını məhdudlaşdırıb. Hasilatın məhdudiyyəti ölkənin orta, iri və nəhəng yataqlarını əhatə edir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]