QAZAXISTAN ORDUSUNDA İSLAHATLAR APARILACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Qazaxıstan hökuməti mətbuat xidmətinin məlumatına görə, Qazaxıstanda müqavilə əsasında hərbi xidmətə keçilməsi konsepsiyası üzərində iş aparılır. Baş nazir Danial Əhmədov hökumətin iclasında bildirmişdir ki, bu konsepsiya Prezidentin qarşıya qoyduğu tələblərə cavab verməli, orduda peşəkarlığın yüksəlməsinə xidmət etməlidir. Nazir demişdir: “Yeni hərbi xidmət növü keçmişdə olduğu kimi, adi hərbi mükəlləfiyyəti xatırlatmamalı, nüfuzlu, cəlbedici olmalıdır. Əsgər və zabitlər yüksək maaş almalıdırlar. Yalnız o zaman ölkədə keçirilən hərbi islahatların konkret nəticələrindən danışmaq olar”.