Qazaxıstan ötən ay Çinlə ticarətdə 2,1 milyard təngə itirib
Nur-Sultan, 10 mart, AZƏRTAC
Cari ilin fevral ayında Qazaxıstan Çinlə ticarətində 2,1 milyard təngə itirib.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Baş Nazirinin birinci müavini, Maliyyə naziri Alixan Smailov bildirib.
O qeyd edib ki, bu, ötən ilin fevral ayı ilə müqayisədə 12 faiz azdır (17 milyard təngə).
Koronavirusla bağlı vəziyyət respublika büdcəsinin gəlirlərinin icrasına da təsir göstərib. İdxal 262 milyard təngədən 173 milyard təngəyədək azalıb.
Xüsusilə, cari ilin fevralında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Çindən idxal 11 faiz (258 milyon dollar) faiz azalıb.
Ümumiyyətlə, yanvar-fevral aylarında Çindən gələn nəqliyyat vasitələrinin sayında 24 faiz azalma müşahidə olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]