Qazaxıstan ötən il 220 min tondan çox günəbaxan yağı ixrac edib
Bakı, 16 iyun, AZƏRTAC
Qazaxıstanın kənd təsərrüfatı naziri Yerbol Karaşukeyev respublikada bitki yağı istehsalı ilə bağlı statistik məlumatları açıqlayıb.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, nazir Qazaxıstanda bitki yağı istehsalı ilə 70 müəssisənin məşğul olduğunu deyib. Onun sözlərinə görə, bitki yağları ərzaq məhsullarının ümumi həcmində 8 faiz paya malikdir. Yerli istehsal bitki yağı ilə təminatı 141 faiz ödəyir.
Yerbol Karaşukeyev qeyd edib ki, günəbaxan ixracı ilə bağlı məhdudlaşdırıcı tədbirlərin nəticəsi olaraq yerli emal müəssisələri xammal ehtiyatı ilə tam təmin edilir.
“2022-ci ildə günəbaxan yağı istehsalında 62 faiz artım, cari ilin əvvəlindən başlayaraq daxili bazarda qiymətlərin 8,3 faiz enməsi müşahidə olunub. 2022-ci ildə günəbaxan yağı ixracı 229,4 min ton təşkil edib ki, bu da öncəki illə müqayisədə 1,7 dəfə çoxdur”, - deyə nazir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]