QAZAXISTAN SENATI YENİ TƏRKİBDƏ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan parlamentinin yuxarı palatası - Senat tam formalaşdırıldıqdan sonra dövlət başçısı Nursultan Nazarbayevin sədrliyi ilə ilk iclasını keçirmişdir. Prezident bu qurumun sabiq sədri Nurtay Abıkayevin namizədliyini yenidən irəli sürmüşdür. O demişdir ki, Nurtay Abıkayev işlədiyi iki il ərzində ölkəmizdə və xarici dövlətlərdə Senatın nüfuzu artmışdır. İndi qarşıda daha çətin vəzifələr durur. Xalqın rifah halı daha da yüksəldilməli, kənd təsərrüfatında köklü islahatlar aparılmalı, Qazaxıstanın Dünya Ticarət Təşkilatına üzv olması üçün tədbirlər görülməlidir.
Səsvermə nəticəsində Nurtay Abıkayev Senatın sədri seçilmişdir.
Senatda 39 deputat fəaliyyət göstərir, Qazaxıstan Konstitusiyasına görə onların 7-ni ölkə Prezidenti təyin edir.
Senatın sədri ölkədə ikinci şəxs hesab olunur.