Qazaxıstan və Özbəkistan İpək Yolu boyunca yeni hava marşrutları və birgə turlar açır
Astana, 27 noyabr, AZƏRTAC
Qazaxıstan və Özbəkistan arasında turizmin inkişafı və nəqliyyat əlaqələrinin dərinləşdirilməsi üzrə iş gücləndirilib.
AZƏRTAC Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadən xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin xətti ilə üç yeni hava marşrutu istifadəyə veriləcək. Bu il dekabrın 1-dən etibarən SCAT Hava Yolları Türküstan-Buxara, Türküstan-Ürgenç (Xivə) və Türküstan-Səmərqənd marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirəcək. Bu marşrutlar turizmin inkişafına və Böyük İpək Yolu boyunca yerləşən şəhərlərin təşviqinə, eləcə də regional nəqliyyat əlaqələrinin gücləndirilməsinə və xarici turistlərin axınının stimullaşdırılmasına yönəlib.
Bundan əlavə, Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyi tərəfindən Mərkəzi Asiya İpək Yolu boyunca ortaq marşrut üçün yeni konsepsiya hazırlanıb. Buraya regionun əsas şəhərləri - Almatı, Şımkənd, Türküstan, Daşkənd, Səmərqənd, Buxara və Xivə daxil edilib.
2026-cı ildə iki ölkənin turizm resurslarını birləşdirmək məqsədilə Qazaxıstan və Özbəkistanın turizm potensialının birgə təşviq edilməsinin nəzərdən keçirilməsi planlaşdırılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [22:14]
Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün addımlar atır
- 15.05.2026 [22:04]
Frontex: Aİ-yə qeyri-qanuni keçidlərin sayı 40 faiz azalıb
- 15.05.2026 [20:01]
Hantavirusla bağlı Fransada FFP2 maskalarına tələbat kəskin artıb
- 15.05.2026 [19:37]
Çin Lideri Si Cinpin ABŞ-yə səfər edəcək
- 15.05.2026 [19:17]
Fransanın təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb
- 15.05.2026 [18:52]