Qazaxıstan vətəndaşları COVID-19-a qarşı elektron peyvənd pasportunu ala biləcəklər
Nur-Sultan, 18 mart, AZƏRTAC
COVID-19-a qarşı vaksin vurdurmuş Qazaxıstan vətəndaşları üçün elektron peyvənd pasportu mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin baş sanitar həkimi Yerlan Kiyasov məlumat verib.
Baş sanitar həkim bildirib ki, sənəd elektron hökumət portalında şəxsi məlumatlarda yerləşdirilib. Burada peyvəndin olunduğu tarix, yeri və hansı dərmandan istifadə edildiyi göstərilir. Bütün məlumatlar QR kodu ilə oxunur. Məlumatlar hələlik iki dildə - qazax və rus dillərində yayımlanır. Tezliklə ingilis dili də əlavə olunacaq.
Qeyd edək ki, Qazaxıstan yaşı 65-dən yuxarı olanlara aprel ayında koronavirus infeksiyasına qarşı peyvəndin vurulmasına başlamağı planlaşdırır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]