QAZAXISTAN XALQLARI KİÇÇİK ASSAMBLEYASININ SESSİYASI OLMUŞDUR
Sessiyada Astanadakı “Xəzər” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri də iştirak etmişlər.
Mərkəzin sədri Vidadi Ağayev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, Qazaxıstanda mədəniyyət mərkəzlərinin inkişafı, milli adət-ənənələrin qorunub-saxlanması məsələsi daim dövlətin diqqət mərkəzindədir. Biz həmişə dövlət və milli bayramlarımızı yüksək səviyyədə qeyd edirik. Astanada rus dilində “Turan Ekspress” adlı qəzetimiz çap olunur və burada Azərbaycanın siyasi və iqtisadi həyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında materiallara geniş yer veririk.