QAZAXISTANDA ATICI SİLAHLARIN QANUNSUZ SATIŞI PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
Qazaxıstan və Yaponiya hökumətlərinin köməyi ilə keçirilən konfransda Mərkəzi Asiya, Asiya-Sakit okean regionu ölkələrinin, Əfqanıstanın, habelə ATƏT-in, BMT-nin İnkişaf Proqramının, beynəlxalq qeyri-hökumət təşkilatlarının və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
Üç gün davam edəcək konfransda Mərkəzi Asiyada silahların qanunsuz dövriyyəsi ilə bağlı kompleks problemlər, o cümlədən atıcı və yüngül silahların dövriyyəsinə nəzarət sahəsində xüsusi xidmətlərin və hüquq mühafizə orqanlarının əməkdaşlığının perspektivləri müzakirə olunacaqdır.
Konfrans çərçivəsində qanunsuz dövriyyədən çıxarılmış silahların nümayişkaranə məhv edilməsi prosesi keçiriləcəkdir.