Qazaxıstanda koronavirusa qarşı peyvəndin buster dozası noyabrdan vurulacaq
Nur-Sultan, 14 oktyabr, AZƏRTAC
Qazaxıstanda COVID-19-a qarşı peyvəndin üçüncü (buster) dozasının vurulmasına noyabr ayında başlanılacaq. İlk mərhələdə peyvəndin bu dozası risk qrupuna aid vətəndaşlara vurulacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə son 2 həftə ərzində ölkədə COVID-19-a yoluxma halları 30 faiz, ölüm halları isə 40 faiz azalıb.
Səhiyyə Nazirliyinin tövsiyəsinə uyğun olaraq, ilk mərhələdə peyvəndin əlavə, üçüncü dozası risk altında olan vətəndaşlara, tibb işçiləri, müəllimlər və hüquq-mühafizə orqanlarının əməkdaşlarına vurulacaq.
Xatırladaq ki, Qazaxıstanda koronavirusa qarşı vaksinasiya kampaniyası 2021-ci il fevralın 1-də başlayıb.
Oktyabrın 14-nə olan məlumata görə, 7 milyondan çox insan peyvəndin ikinci dozasını vurdurub.
Son bir gündə Qazaxıstanda yeni növ koronavirus infeksiyasına 1985 yoluxma halı aşkarlanıb. Ümumi yoluxma hallarının sayı 910 min 832-yə çatıb.
Gün ərzində COVID-19-dan ölənlərin sayı 31 nəfər artaraq ümumilikdə 11 644-ə çatıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]