QAZAXISTANDA QAÇAQMALIN YAYILMASI QANUNLA CƏZALANDIRILACAQ
AZƏRTAC Qazaxıstanın “Xəbər” agentliyinə istinadla xəbər verir ki, respublikanın Müəllif Hüquqlarını Müdafiə Departamentinin (MHMD) əməkdaşları ölkə bazarlarından birində təqribən 40 min dollarlıq qaçaqmal müsadirə etmişlər. Bu məhsullar, əsasən, ABŞ və Rusiyanın istehsalı olan və rəsmən yayda ekranlara çıxacaq bədii filmlərin qanunsuz videokasetlərindən və disklərindən ibarətdir. Müəyyən olunmuşdur ki, hər gün Almatıda belə filmlərin 10 minə qədər qanunsuz surəti satılır. Qaçaqmala yüksək tələbat lisenziyalı kaset və disklərin xeyli baha olması nəticəsində yaranır.
MHMD-dən verilən məlumata görə, ölkə qanunvericiliyinə yeni dəyişikliklər qanunsuz məhsulların satışına və yayılmasına görə cəza nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]