QAZAXISTANDA TƏYYARƏ QƏZAYA UĞRAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın Aktübinsk vilayətində AN-2 təyyarəsi göyə qalxarkən qəzaya uğramışdır. Qəza nəticəsində təyyarədə olan 12 nəfər yaralanmışdır. Zərərçəkənlərdən üçü vilayət təcili yardım xəstəxanasına çatdırılmışdır. Onlardan ikisi ağır vəziyyətdə, biri komadadır. Digər yaralılar Aktübinsk Tibb Akademiyasının xəstəxanasında yerləşdirilmişlər.
Vilayət Fövqəladə Hallar Agentliyinin məlumatına görə, təyyarədəkilər Aral dənizindəki Dirçəliş adasına gedən taun əleyhinə stansiyanın əməkdaşları olmuşlar.
Təyyarə təxminən 50 metr hündürlükdən yerə düşmüşdür.